Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ AÇIQLAMASI: Ərdoğan Bakıya bu səbəbdən gəlir

SON DƏQİQƏ AÇIQLAMASI: Ərdoğan Bakıya bu səbəbdən gəlir

SON DƏQİQƏ

1807

08.12.2020, 14:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin qurulmasını müzakirə edəcək.

Oxu24.com   xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. Qeyd olunub ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər, habelə Qarabağdakı son vəziyyət də müzakirə olunacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bu gün yox, sabah baş tutacaq.

Oxu24.com  bu barədə TRT-yə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, bu Türkiyə dövlət başçısının Qarabağdakı atəşkəsdən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə ilk görüşü olacaq.

Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək, atəşkəs prosesi ətraflı qiymətləndiriləcək.

İki lider, atəşkəsi izləmək və nəzarət etmək üçün yaradılan Türkiyə-Rusiya mərkəzi ilə bağlı son vəziyyəti və Birgə Mərkəz üçün fəaliyyətləri müzakirə edəcəklər.

Bundan başqa danışıqlar zamanı Ankara və Bakının birlikdə atacağı addımlarla bağlı qiymətləndirmələr də həyata keçiriləcək.