Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
10479
08.12.2020, 00:42
“Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və dayanıqlı nizamlanmasının bir hissəsi regionda normal həyatın və ermənilərlə azərbaycanlılar arasında mehriban qonşuluğun qurulmasıdır”.
Oxu24.com-un verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Avyazyanla danışıqların yekununa dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, normal həyatın qurulması regionda yaşayan milli, etnik, konfessional və dini qrupların marağına da cavab verərdi:
“Biz bunun fəal tərəfdarıyıq. Bu istiqamətdə atılacaq addımları aktiv dəstəkləyəcəyik. Bakı ilə İrəvan arasında birbaşa, o cümlədən rəhbərliklər arasında təmaslar nə vaxt baş tutacaq, buna azərbaycanlı və erməni həmkarlarımız özü qərar verəcək”.
Rusiya XİN başçısı bildirib ki, üçtərəfli bəyanatın imzalanması Dağlıq Qarabağ münaqişəsinin ədalətli əsasda, erməni və Azərbaycan xalqlarının maraqları çərçivəsində uzunmüddətli və dayanıqlı nizamlanması üçün bütün lazımi şəraiti yaradır:
“Biz bir aya yaxındır ki, atəşkəsə riayət olunmasından məmnunuq. Qaçqınlar qayıdır. Həlak olanların cəsədlərinin və hərbi əsirlərin mübadiləsində, itkin düşənlərin axtarışında hərəkətlilik var. Bu kimi kəskin humanitar məsələlər tez bir zamanda həll olunmalıdır. Biz bərpa prosesində, iqtisadiyyat və infrastrukturun, səhiyyə sisteminin bərpa olunmasında maraqlıyıq. Ümumilikdə dinc həyatın təmin olunması Dağlıq Qarabağ ərazisində ermənilərlə azərbaycanlılar arasında olduğu kimi, dövlətlərarası planda da mehriban qonşuluq münasibətlərinin qurulmasına kömək edərdi.
Bu, regionda yaşayan xalqların və ölkələrin rifahı naminə inam və əməkdaşlıq atmosferinin formalaşmasına da yardım edərdi. Əminik ki, müxtəlif dinlərin nümayəndələri, müxtəlif millətlər və fərqli inanclı insanlar harada olmasından asılı olmayaraq, sülh və təhlükəsiz şəraitində yaşamalıdır. Bu cür yanaşma Cənubi Qafqazın haqqıdır və biz buna hər cür dəstək verəcəyik”.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.