Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Ermənistanda atışma başladı

SON DƏQİQƏ! Ermənistanda atışma başladı

SON DƏQİQƏ

8364

07.12.2020, 22:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dekabrın 7-də Yerevanda atışma baş verib. 

Oxu24.com  news.am-a istinadən xəbər verir ki, paytaxtın Polis İdarəsinin Operativ İdarəetmə Mərkəzi məlumat yayıb. 

Hadisə Vazgen Sarkisyan adına hərbi universitetin yaxınlığında olub.

Polis əməkdaşları hadisə yerində avtomat və tapançadan atılan iyirmidən çox patron və üstündə qan izləri olan taxta dəyənək tapıblar. 

Hərbi universitetin daş hasarında da müvafiq izlər aşkarlanıb. Hazırda polis hadisəni törədənləri tapmaq məqsədilə bütün xəstəxanaları məlumatlandırıb. 

Faktla bağlı cinayət işi başlanıb.

"Sputnik-armenia"nın məlumata görə, baş vermiş hadisə nəticəsində güllə yarası alan Yerevan sakini, 29 yaşlı Gürgen P.-nin xəstəxanaya aparıldığı məlum olub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.