Qaynar xətt:

(+99450) 247 90 86

Bakı sakinlərinə XƏBƏRDARLIQ: Bu tarixlərdə küçəyə çıxmayın

Bakı sakinlərinə XƏBƏRDARLIQ: Bu tarixlərdə küçəyə çıxmayın

SON DƏQİQƏ

922

27.11.2020, 14:01

Bakıda koronavirusla mübarizə çərçivəsində dezinfeksiya tədbirləri gücləndirilir. Bu barədə Oxu24.com-a paytaxtın kommunal strukturlarından məlumat verilib.
Bildirilib ki, son günlərdə COVID-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq, noyabr ayının 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.