Qaynar xətt:

(+99450) 247 90 86

Hər kəsin axtardığı gənc tapıldı - ŞAD XƏBƏR

Hər kəsin axtardığı gənc tapıldı - ŞAD XƏBƏR

SON DƏQİQƏ

1167

27.11.2020, 12:42

Naftalanda polis əməkdaşları itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, noyabrın 23-də Naftalan Şəhər Polis Şöbəsinə Qasımbəyli kənd sakini, 19 yaşlı Sahil Əhmədovun həmin gün itkin düşməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə S.Əhmədovun yeri müəyyən edilib. O, polis əməkdaşları tərəfindən ailəsinə təhvil verilib.