Qaynar xətt:

(+99450) 247 90 86

Son dəqiqə!Azərbaycan Qarabağda PKK terrorçularını məhv etdi

Son dəqiqə!Azərbaycan Qarabağda PKK terrorçularını məhv etdi

SON DƏQİQƏ

2702

05.10.2020, 13:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Erməni silahlı qüvvələrinin tərəfində döyüşən PKK-çıların əksəriyyəti məhv edilib, qalan hissəsi isə yerli hərbçilərlə birgə Suqovuşan və cənub cəbhəsində təxribat qrupları şəklində fəaliyyətə başlayıb.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Məlumatda görə, yerli əhali ərazini tərk edib, canlı qüvvə tükənməkdədir, hərbçilər dəstək gəlməyəcəyi təqdirdə mövqelərdən çıxacaqlarını bildiriblər.
Oktyabrın 4-də günün sonuna kimi İrəvanda toplaşan çoxlu sayda canlı qüvvənin gecə saatlarında Dağlıq Qarabağa göndərilməsi planlaşdırılıb. Xankəndindəki artilleriya və zenit-raket qurğuları şəhərdən müxtəlif istiqamətlərdə çıxarılaraq yeri dəyişdirilir. Suriyada toplaşan 500 nəfərlik muzdlu heyətin də oktyabrın 4-dən 5-nə keçən gecə Ermənistana gətirilməsi və Dağlıq Qarabağda partizan döyüşlərinə göndərilməsinə qərar verilib.