Qaynar xətt:

(+99450) 247 90 86

Ordumuz Araikin Şuşada “and içdiyi” binanı darmadağın etdi - FOTO

Ordumuz Araikin Şuşada “and içdiyi” binanı darmadağın etdi - FOTO

SON DƏQİQƏ

1665

05.10.2020, 11:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad olunması istiqamətində keçirdiyi anti-terror əməliyyatları zamanı separatçı rejimin Şuşada “andiçmə mərasimi” keçirdiyi bina darmadağın edilib.

Oxu24.com  xəbər verir ki, məhv edilən binanın fotoları sosial şəbəkələrdə yayılıb. Prezident İlham Əliyev dünən xalqa müraciətində Qarabağda separatçılarının “inaquriyas mərasimi” keçirdiyini xatırladarkən belə demişdi:

“Özünə andiçmə mərasimi keçirmişdi. Baxım görüm andiçmə mərasimini harada keçirəcək?! Yas mərasimi keçirəcək! İndi qaçıb siçan kimi gizlənib, çıxsın ortalığa!”.

Xatırladaq ki, bu ilin may ayında separatçı rejimin yeni rəhbəri Araik Arutunyanın qondarma “inaqurasiya mərasimi” işğal altındakı Şuşa şəhərində keçirilib.