Türkiyənin Giresun vilayətində baş verən sel sularından 3 nəfər ölüb.
Oxu24.com - un xəbərinə görə, bunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.
Nazir deyib ki, sel fəlakətində ölənlərdən biri jandarma işçisidir. Eyni zamanda 5-i jandarma işçisi olmaqla, 12 nəfər də itkin düşüb
Bundan başqa, ümumilikdə 40–dək insanın da həyatının təhlükədə olduğunu bildirən S.Soylu xilasedici heyətin onları xilas etməyə çalışdığını söyləyib.
Qeyd edək ki, avqustun 22-i yerli vaxtla saat 15.00-dan Giresunun Dereli rayonunda başlayan leysan yağışları nəticəsində Aksu çayı daşıb, sel və sürüşməyə yol aşıb.
Oxu24.com
ŞƏRHLƏR