SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1031
24.07.2020, 12:20
Los Anceles polisi 23 iyul tarixində məlumat yayaraq, iki gün öncə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu qarşısında baş verən hadisələr zamanı azərbaycanlılara məhz ermənilərin hücum edərək xəsarət yetirdiyini bildirib.
Bu barədə Oxu24.com-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
“Qeyd edək ki, hadisə baş verəndən sonra erməni daşnakları və ümumiyyətlə erməni təbliğatı bütün sosial media platformalarında özlərini qurban kimi təqdim edərək, azərbaycanlıların onlara qarşı aqressiya törətdiklərini deyərək, öz cinayətlərini ört-basdır etməyə çalışırdılar. Baş Konsulluq isə elə ilk gündən hadisələrə dair obyektiv rəsmi açıqlamanın verilməsində və kimin hücuma məruz qaldığının aydın bəyan edilməsində təkid edirdi.
Baş Konsulluğun səyləri nəticəsində bu hadisənin məhz erməni daşnakları tərəfindən törədildiyi öz rəsmi təsdiqini tapdı.
Bundan əlavə, polis bu vəhşilikləri törədən erməni cinayətkarlarına qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəminində törədilən cinayət maddəsi üzrə iş açılacağını bəyan edib.
Qeyd edək ki, hadisədən dərhal sonra baş konsul Los Anceles Polis İdarəsinin rəisi Michel Moore ilə əlaqə saxlayaraq, vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat verib və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirib. O, öncədən Los Anceles Polisinə icmamızın keçirəcəyi bu əks-nümayiş barədə xəbərdar olduğunu və Baş Konsulluğa nümayişçilərin təhlükəsizliyinin tam təmin olunacağına zəmanət verdiyini demişdi. Michel Moore isə baş konsuldan baş verən bu hadisəyə görə dəfələrlə üzr istəyərək, məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını qeyd edib.
Hazırda bir nəfər erməni saxlanılıb və digərlərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması üzrə istintaq prosesi davam edir. Baş Konsulluq sözügedən erməni cinayətkarların tezliklə müəyyən edilib öz cəzalarını almaları üçün bütün lazımi tədbirləri görməkdədir”, - deyə məlumatda qeyd olunub.
23:59 / 16 May 2026
41
23:52 / 16 May 2026
59
23:48 / 16 May 2026
79
23:31 / 16 May 2026
134
23:28 / 16 May 2026
141
23:24 / 16 May 2026
66
23:17 / 16 May 2026
115
23:16 / 16 May 2026
69
23:01 / 16 May 2026
208
22:55 / 16 May 2026
55
22:48 / 16 May 2026
181
22:45 / 16 May 2026
51
22:35 / 16 May 2026
247
22:27 / 16 May 2026
542
22:26 / 16 May 2026
70
22:07 / 16 May 2026
82
21:48 / 16 May 2026
68
21:32 / 16 May 2026
79
21:10 / 16 May 2026
164
20:41 / 16 May 2026
97
20:13 / 16 May 2026
96
20:01 / 16 May 2026
77
19:53 / 16 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.