Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36216
az

Vətəndaşlara xəbərdarlıq edildi — 3 ay qaldı...

00:2524 İyul, 2020
1126
SON DƏQİQƏ
  • A
“Çox təəssüflər olsun ki, bu fikirdə olan insanlar hələ də mövcuddur və düşünürlər ki, cərimə olunmaqlarına baxmayaraq, karantin rejimi ləğv ediləndən sonra cərimələrin bağışlanması prosesi gedə bilər”. Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. O əlavə edib ki, belə bir güzəşt olmayacaq: “Cərimələrin ləğvi ilə bağlı qanunvericilikdə hər hansı hüquq norması mövcud deyil. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar olmadığına görə həmin cərimələrə nə güzəşt tətbiq olunur, nə də bir ay ödənilmədiyi təqdirdə üzərinə faiz gəlir. Əgər yol hərəkəti qayda pozuntusuna görə cərimə 3 ay müddətində ödənilməzsə, həmin şəxsin sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılır. Amma karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr 3 ay müddətinə ödənilməzsə, artıq həmin şəxslər ictimai işlərə cəlb ediləcəklər. Deyək ki, aprel ayının əvvəlindən xüsusi karantin rejiminin pozulmasına görə məsuliyyətə cəlb edilibsə, may, iyun, iyul – 3 ay tamam oldusa, artıq məhkəmənin qərarı ilə həmin şəxslər haqqında məcburi ictimai işlərə cəlb edilmək haqqında qərar çıxarıla bilər. Onlar 160 saatdan- 240 saatadək həmin işlərə cəlb oluna bilərlər. Bu qərarın tələblərinin pozulmasına görə artıq onlar 3 ay müddətinə inzibati həbs oluna bilərlər”.azerforum Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Rusiyda dəhşət yaşadndı: Terrorçular məhv edildi
SON DƏQİQƏ! Milli Hidrometeorologiya Xidməti XƏBƏRDARLIQ YAYDI
"Bandotdel" əməliyyat keçirib: Sayt rəhbərləri tutulub

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Göyçayda bir ailə xəstəxanalıq oldu: görün hansı diaqnoz qoyuldu