SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
743
10.07.2020, 18:49
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin rəisi Faiq Bağırovun həbsi barədə məlumat yayıb.
Oxu24.com -un DTX-nın saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, DTX tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Aparılan cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
00:45 / 15 May 2026
301
00:33 / 15 May 2026
304
00:22 / 15 May 2026
341
23:59 / 14 May 2026
318
23:30 / 14 May 2026
244
23:13 / 14 May 2026
279
23:05 / 14 May 2026
358
22:34 / 14 May 2026
137
22:30 / 14 May 2026
220
22:13 / 14 May 2026
226
21:58 / 14 May 2026
201
21:52 / 14 May 2026
119
21:41 / 14 May 2026
302
21:30 / 14 May 2026
224
21:19 / 14 May 2026
261
21:14 / 14 May 2026
124
21:07 / 14 May 2026
546
21:02 / 14 May 2026
253
20:59 / 14 May 2026
101
20:56 / 14 May 2026
153
20:54 / 14 May 2026
281
20:49 / 14 May 2026
214
20:49 / 14 May 2026
662
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.