SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2417
10.06.2020, 18:01
“Ata olan şəxslər 14 günlük ödənişli məzuniyyətə göndəriləcək”.
Bunu APA TV-yə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirib.
O qeyd edib ki, Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış qanun layihəsində əmək məzuniyyətləri ilə bağlı yeni təkliflər əksini tapıb. Bunlardan biri də həyat yoldaşı övlad dünyaya gətirən şəxslərə verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli ilə əvəz edilməsidir:
“Qeyd edim ki, 14 günlük ödənişli məzuniyyəti götürmək üçün xanımının yerləşdirildiyi müvafiq səhiyyə müəssisəsindən arayış almalıdır. Həmin arayışı gətirib işə təqdim edir və həmin arayış əsasında işəgötürən həmin şəxsə sosial məzuniyyət verə bilir. Təkliflər qəbul olunsa, bu sosial məzuniyyət işçinin hüququdur. İşəgötürənin bu məzuniyyəti işçiyə verməmək kimi bir hüququ yoxdur”.
Qurumun sözçüsü həmçinin qeyd edib ki, uzun illər yığılmış, istifadə edilməmiş məzuniyyətlərə görə sonralar kompensasiyanın ödənilməsində işəgötürən üçün iqtisadi çətinlik yaranır. Ona görə daha bir təklif də işçilərin əmək məzuniyyətinin əsas hissəsindən iş ili ərzində mütləq istifadə etmələridir:
“Əmək məzuniyyətinin müddətini dəyişə bilirdik. Hal-hazırda da iş ili ərzində müddəti dəyişmək mümkün olacaq. Amma əmək məzuniyyətinin digər ilə keçirilməsi halı mümkün olmayacaq. Qeyd edim ki, iş ili ərzində bir neçə halda işəgötürənin və işçinin təşəbbüsü ilə məzuniyyətin müddətini dəyişmək olar”.
Qeyd edək ki, işəgötürən işçiyə məzuniyyətə çıxması ilə bağlı yazılı və şifahi xəbərdarlıq etdikdən sonra həmin şəxs növbəlilik cədvəlinə əməl etməsə, işəgötürən əməkdaşını məzuniyyətə göndərə bilər.
Yeni qanunun qəbul edilməsi üçün Milli Məclisə müraciət ediləcək.
00:26 / 12 May 2026
162
00:06 / 12 May 2026
281
23:58 / 11 May 2026
180
23:54 / 11 May 2026
435
23:45 / 11 May 2026
420
23:43 / 11 May 2026
82
23:40 / 11 May 2026
82
23:32 / 11 May 2026
100
23:24 / 11 May 2026
95
23:17 / 11 May 2026
841
23:15 / 11 May 2026
262
23:14 / 11 May 2026
4714
23:11 / 11 May 2026
249
23:10 / 11 May 2026
107
23:06 / 11 May 2026
248
22:59 / 11 May 2026
351
22:59 / 11 May 2026
87
22:44 / 11 May 2026
542
22:43 / 11 May 2026
12728
22:34 / 11 May 2026
344
22:29 / 11 May 2026
301
22:23 / 11 May 2026
646
22:17 / 11 May 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.