SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2722
10.06.2020, 17:04
Azərbaycanda bir çox vətəndaşın mobil telefonuna Daxili İşlər Nazirliyi (DİN) adından SMS göndərilərək 100 manat cərimə edilmələri barədə xəbərdarlıq gəlir.
Oxu24.com xəbər verir ki, SMS-də istifadəçiyə pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün "blok olunduğu" bildirilir.
Həmçinin "blokdan çıxmaq" üçün 100 manat cərimə ödənilməsi tələb edilir. Cərimənin ödənilməsi üçün isə E-pul.az ödəniş sistemində pul kisəsi ünvanı göstərilir.
"Cərimənin ödənilməsi tələbini nəzərə almadığınız halda cihazınızda olan bütün kontaktlara həmin insidentin təsviri və cərimə barədə sizə məlumat vermələri xahişi ilə SMS göndəriləcək” şəklində yazılan şantaj mətnində cinayət işi başlanacağı barədə də hədə yer alır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Report-a açıqlamasında bildirib ki, bu cür dələduzluq halları bir neçə il əvvəl də müşahidə edilib:
“Həmin vaxt DİN tərəfindən müvafiq araşdırma aparılıb və bu əməli törədənlər ifşa edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılıblar. Əgər hazırda da belə hal varsa, rəsmi qaydada hüquq mühafizə orqanlarına müraciət edilsin və məsələ araşdırılacaq”.
E.Zahidov vətəndaşları diqqətli olmağa çağırıb.
Məsələ ilə bağlı “E-pul” layihəsinin Müştəri Xidmətindən bildirilib ki, bu, sadəcə müxtəlif brauzerlərdən yayılan virusdur və onun ödəniş sistemi ilə heç bir əlaqəsi yoxdur, qeyd olunan nömrəli pul kisəsi isə mövcud deyil və ona hansısa məbləğdə ödəniş həyata keçirmək mümkün deyil.
Həmçinin oxu: Azərbaycanda koronavirusdan ölən şəxsi belə dəfn etdilər - VİDEO

Günün təklif olunan videosu:
00:26 / 12 May 2026
162
00:06 / 12 May 2026
281
23:58 / 11 May 2026
180
23:54 / 11 May 2026
435
23:45 / 11 May 2026
420
23:43 / 11 May 2026
82
23:40 / 11 May 2026
82
23:32 / 11 May 2026
100
23:24 / 11 May 2026
95
23:17 / 11 May 2026
841
23:15 / 11 May 2026
262
23:14 / 11 May 2026
4714
23:11 / 11 May 2026
249
23:10 / 11 May 2026
107
23:06 / 11 May 2026
248
22:59 / 11 May 2026
351
22:59 / 11 May 2026
87
22:44 / 11 May 2026
542
22:43 / 11 May 2026
12728
22:34 / 11 May 2026
344
22:29 / 11 May 2026
301
22:23 / 11 May 2026
646
22:17 / 11 May 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.