SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1474
10.06.2020, 09:20
“İyunun 15-dən daxili uçuşların bərpası nəzərdə tutulur”.
Oxu24.com-un məlumatına görə, bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə Naxçıvana həftədə iki uçuş nəzərdə tutulur. Sonradan isə uçuşların sayı artırılacaq.
İbrahim Məmmədov həmçinin bu gün 130 nəfərin Dağıstan ərazisindən ölkəyə gətirildiyini qeyd edib:
“İndiyə qədər Dağıstandan 503 nəfər gətirilib. İyunun 10-dan Nyu-Yorkdan azərbaycanlılar gətiriləcək. Eyni zamanda çarter reysi qrafiki hazırlanır”.
Mətbuat konfransında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, 65 yaşdan yuxarı insanların ciddi zərurət olmadan yaşayış yerlərindən və ya olduğu yerlərdən çıxmamaları tövsiyə olunub.
Nazirlər Kabinetinin sözçüsü sərt karantin rejimində vətəndaşların ev heyvanlarını, itlərini istədikləri vaxt gəzdirə biləcəklərini də qeyd edib. Ancaq bu sərbəstlikdən sui-istifadə olunmamalıdır.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə qeyd edib ki, ötən həftənin sonunda küçəyə çıxma qadağası ilə bağlı vətəndaşlar həmrəylik nümayiş etdiriblər; “Bəzi xırda detalları istisna etsək, həm qərar qəbul ediləndən sonra həftə sonuna qədər olan müddətdə, həm də şənbə və bazar günləri ciddi neqativ halları müşahidə etmədik”.
Ramin Bayramlı Salyan, Kürdəmir, Yevlax və İsmayıllının yoluxma səviyyəsinə görə narıncı zonaya aid edildiyini də qeyd edib.
O, keçən həftə dializ xəstələrinin qəbulu ilə bağlı yaranan problemlərin də həll edildiyini bildirib: “Bu şənbə günü xəstəxanalar adi rejimdə çalışacaq. Bazar günü dializ xəstələri qəbul edilmir adətən, bazar ertəsi isə proses tənzimlənəcək”.
Həmçinin oxuyun
TƏBİB-in sədri Bakı şəhərində əvvəllər yoluxmanın 43-46 %, indi isə bu rəqəmin artaraq 50% üzərində olduğunu qeyd edib.
Yas yerlərində tibbi maskadan istifadə edilməməsinin kütləvi yoluxmaya səbəb olduğunu açıqlayan Ramin Bayramlı Salyanda 12 nəfər qadının məhz bu zaman virusa yoluxduğunu bildirib.
Ramin Bayramlı asimptomatik xəstələrin evdə müalicəsi barədə qərarın qəbul edilə biləcəyini də vurğulayıb. Artıq bununla bağlı xüsusi applikasiyalar, məlumatlandırıcı materiallar hazırlanıb.
TƏBİB İdarə Heyətinin sədri Prezident Administrasiyasında 19 nəfərin də koronavirusa yoluxduğunu qeyd edib. Bildirib ki, Fövqəladə Hallar Nazirliyində də 5 nəfər bu virusa yoluxub. Qurum sədri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında da COVID-19-a yoluxanların olduğunu qeyd edib.
Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşlara xəbərdarlıq da edib. Qərarda bildirilir ki, xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.
12:10 / 21 Fevral 2026
197
11:43 / 21 Fevral 2026
26
11:35 / 21 Fevral 2026
28
10:49 / 21 Fevral 2026
107
10:42 / 21 Fevral 2026
177
10:38 / 21 Fevral 2026
67
10:37 / 21 Fevral 2026
41
10:18 / 21 Fevral 2026
124
10:17 / 21 Fevral 2026
41
10:00 / 21 Fevral 2026
530
08:55 / 21 Fevral 2026
132
08:46 / 21 Fevral 2026
70
02:09 / 21 Fevral 2026
90
00:33 / 21 Fevral 2026
116
23:55 / 20 Fevral 2026
136
23:53 / 20 Fevral 2026
106
23:49 / 20 Fevral 2026
220
23:30 / 20 Fevral 2026
102
23:28 / 20 Fevral 2026
114
23:22 / 20 Fevral 2026
102
23:20 / 20 Fevral 2026
98
23:17 / 20 Fevral 2026
101
23:12 / 20 Fevral 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.