Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Azərbaycanda yaşayış binasında uçqun, dağıntılar altında QALANLAR VAR

SON DƏQİQƏ: Azərbaycanda yaşayış binasında uçqun, dağıntılar altında QALANLAR VAR

SON DƏQİQƏ

2027

10.06.2020, 00:56

Sumqayıtda əsasən Qubadlı, habelə işğal altındakı digər rayonlardan olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında uçqun hadisəsi baş verib.
Oxu24.com "Report"a istinadən xəbər verir ki, hadisə 12-ci mikrorayonda qeydə alınıb. İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Nəticədə 1970-ci il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəsarət alıblar.
Hadisə zamanı dağıntılar altında daha 3 nəfərin qaldığı bildirilir. Əraziyə xilasedicilər cəlb edilib və hazırda təxliyə işləri aparılır. Hadisə yerinə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri cəlb olunub.