SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1542
29.05.2020, 09:03
ABŞ-ın Minneapolis şəhərinin meri Ceykob Frey afroamerikalı Corc Floydun ölümünə görə şəhərdə polislə baş verən toqquşmalardan sonrakı etirazlar fonunda 72 saat müddətinə qədər fövqəladə vəziyyət rejimi elan edib.
Oxu24.com -un xəbərinə görə, bu barədə meriyanın saytındakı sərəncamda deyilir.
"Fövqəladə vəziyyət rejimi bu sərəncam tarixindən 72 saat ərzində qüvvədədir və davam edəcək…", - mayın 28-ə aid olan sənəddə deyilir.
Hakimiyyət orqanlarının fikrincə, sakinlər və şəhərin qonaqları "ciddi xəsarətlər və ya ölüm" təhdidi altındadırlar və sonrakı belə qarışıqlıqların ehtimal edilməsi qeyri-adi tədbirlərin qəbulunu tələb edir".
Göstəriş şəhərin fövqəladə vəziyyətlər üzrə idarəetmə başçısına ən yaxın şəhərlərdən və dairələrdən, ştat və federal hakimiyyətdən lazımi köməyi və resursları tələb etməyi tapşırır.
Bundan başqa, yerli hakimiyyətin sorğusu üzrə ştatın qubernatoru təhlükəsizliyin təmin olunması üçün Milli Qvardiya bölmələrini cəlb etmək barədə göstəriş verib.
Corc Floydun ölümü ilə nəticələnən tutulması videogörüntülərinin yayılması Minneapolisdə və başqa şəhərlərdə kütləvi qarışıqlıqlara səbəb olub. Videoda polis əməkdaşlarının Floydu yıxaraq qollarını qandallamaları, həm də zabitlərdən birinin dizi ilə ona boğazını sıxması əks edilir. Saxlanılan şəxs əvvəlcə bir neçə dəfə nəfəs ala bilmədiyini deyib, sonra isə huşunu itirib. Floyd xəstəxanaya yerləşdirilib və reanimasiyada ölüb.
Bu informasiya yayıldıqdan sonra şəhər polisinin rəhbərliyi saxlanılmada iştirak edən dörd zabitin işdən çıxarıldığını elan edib. Şəhərdə dağıntılar və yanğınlarla müşayiət olunmuş etiraz aksiyaları keçirilib. Floydun həlak olmasının araşdırılmasına Federal Təhqiqat Bürosu (FTB) da qoşulub. FTB bu işi prioritet hesab edir.Report
00:40 / 11 May 2026
21
00:29 / 11 May 2026
111
00:17 / 11 May 2026
146
23:54 / 10 May 2026
155
23:46 / 10 May 2026
127
22:48 / 10 May 2026
57
22:27 / 10 May 2026
59
22:27 / 10 May 2026
63
22:12 / 10 May 2026
69
21:24 / 10 May 2026
297
21:21 / 10 May 2026
66
21:17 / 10 May 2026
70
21:09 / 10 May 2026
69
21:01 / 10 May 2026
162
20:36 / 10 May 2026
68
20:00 / 10 May 2026
77
19:36 / 10 May 2026
77
18:54 / 10 May 2026
337
18:31 / 10 May 2026
89
17:59 / 10 May 2026
176
17:51 / 10 May 2026
92
17:49 / 10 May 2026
180
17:37 / 10 May 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.