Qaynar xətt:

(+99450) 247 90 86

Dollar əsas valyutalara qarşı ucuzlaşmağa başladı

Dollar əsas valyutalara qarşı ucuzlaşmağa başladı

SON DƏQİQƏ

602

11.03.2020, 10:55

ABŞ dolları əsas valyutalara nisbətdə cüzi ucuzlaşıb. 

BAKU.WS bloomberght.com-a istinadla xəbər verir ki, Dollar/Yen cütü makro fondların satışından sonra 1 faiz azalaraq 104.54 səviyyəsinə enib. 

Avro/Dollar cütü isə 0,5 faiz artaraq 1.1336-dan alıcı tapıb. Dollar/Frank isə 0,5 faiz ucuzlaşaraq 0.9355 səviyyəsinə enib.

Treyderlər ABŞ, İngiltərə, Avropa Birliyi (Aİ), Yaponiya və Kanada Mərkəzi Bank rəhbərlərinin görüşündən əvvəl investorların mövqelərinin dolların satışında təsirli olduğunu bildiriblər.