Qaynar xətt:

(+99450) 247 90 86

Cəbhədə düşmən təxribatının qarşısı alındı - SON DƏQIQƏ

2020/03/08/1583686183_1356190.jpg

SON DƏQİQƏ

2185

08.03.2020, 20:46

Bu gün saat 14:00 radələrindən başlamaqla Azərbaycan-Ermənistan döv­lət sərhədinin Qazax ra­yo­nunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutul­ub.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Oxu24.com -a verilən məlumata görə, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­qeləri cavab atəşi ilə susdurulub.