Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1078
16.12.2019, 17:44
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Adın Əliyev partiyanın sədri Əli Kərimliyə qarşı Nəsimi rayon məhkəməsində iddia qaldırıb.
Azvision.az xəbər verir ki, bu gün məhkəmə hazırlıq iclası keçirilib.
Aydın Əliyev iddia ərizəsində Əli Kərimlinin partiyaya daxil olan ianə və sair pulları mənimsədiyini, ancaq öz nəzarətində saxladığını, bu pulları özünün, ailəsinin və xaricdə yaşayan övladlarının ərəb şeyxlərinin övladları kimi yaşamasına sərf etdiyini, yüzlərlə cəbhəçini aldatdığını, hər birindən öz şəxsi mənafeyi üçün istifadə etdiyini, antidemokratik hərəkətlərinə etiraz edənləri ləkələdiyini, böhtanlara məruz qoyduğunu və partiyadan uzaqlaşdırdığını, partiyada sərt diktatura rejimi qurduğunu bildirib, Əli Kərimlini dələduz adlandırıb.
Aydın Əliyev daha sonra Əli Kərimlinin gəncləri də aldadaraq özünün çirkin oyunlarına qurban vermək istədiyini, bir çoxlarının onun antidemokratik, qanunsuz, partiyanın nizamnamə və məramnaməsinə zidd əməllərindən xəbərdar olduğunu, lakin bunları dilə gətirməkdən çəkindiyini qeyd edib.
Aydın Əliyev həmçinin Əli Kərimli tərəfindən vəzifə səlahiyyətlərinin həyata keçirilməsinə imkan verilmədiyini, onun Nəzarət-Təftiş Komissiyası haqqında Əsasnamənin tələblərini kobud şəkildə pozduğunu qeyd etmiş və Komissiyanın sədri vəzifəsini icra etməyə maneəçilik törətməsinin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edib.
19:14 / 21 Noyabr 2026
231
19:12 / 21 Noyabr 2026
61
18:41 / 21 Noyabr 2026
83
18:29 / 21 Noyabr 2026
92
18:19 / 21 Noyabr 2026
97
18:18 / 21 Noyabr 2026
104
17:54 / 21 Noyabr 2026
179
17:43 / 21 Noyabr 2026
1547
17:30 / 21 Noyabr 2026
131
17:17 / 21 Noyabr 2026
112
17:16 / 21 Noyabr 2026
149
17:08 / 21 Noyabr 2026
143
16:45 / 21 Noyabr 2026
114
16:39 / 21 Noyabr 2026
140
16:26 / 21 Noyabr 2026
274
16:20 / 21 Noyabr 2026
138
16:05 / 21 Noyabr 2026
121
16:00 / 21 Noyabr 2026
169
15:49 / 21 Noyabr 2026
160
15:48 / 21 Noyabr 2026
120
15:36 / 21 Noyabr 2026
151
15:35 / 21 Noyabr 2026
120
15:32 / 21 Noyabr 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.