Qaynar xətt:

(+99450) 247 90 86

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb 

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb 

KRİMİNAL

22

21.11.2026, 16:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Su Nəqliyyatında Polis İdarəsi tərəfindən ekoloji cinayət törədənlərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Oxu24.com xəbər verir ki, İdarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə keçirdikləri tədbirlərlə Milli Parkın su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan S.Babayev saxlanılıb. Baxış zamanı ondan çəkisi 10 kiloqramdan artıq müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.

Su bioresurslarının mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.