SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
791
16.12.2019, 12:50
“Beyləqan rayonunda həbs edilən ehtiyatda olan polkovnik Qadir Vəlişov prokurorluğun vəsatəti əsasında azadlığa buraxılıb”.
Oxu24.com xəbər verir ki, bu barədə Qarabaz Qaziləri İctimai Birliyinin nümayəndəsi Rey Kərimoğlu bildirib.
O, Qadir Vəlişov haqqında açılan cinayət işinin şər-böhtan olduğunun aşkara çıxacağına ümid etdiyini bildirib.
Həmçinin oxuyun
Qeyd edək ki, “Aprel döyüşləri”nin iştirakçısı, polkovnik Qadir Vəlişov Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə Cinayət Məcəlləsinin xuliqanlıq (221.3) maddəsi ilə həbs edilmişdi. Daxili İşlər Nazirliyinin məlumatına görə, Q.Vəlişov Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və əri İbrahim Alıyevin şikayəti əsasında həbs edilib. DİN-in məlumatında bildirilib ki, Qadir Vəlişov onların evinə gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək evin pəncərə şüşələrini, məişət əşyalarını sındırıb, İ.Alıyevi və İ. Eminovanı əlindəki çomaqla vuraraq onlara ağır dərəcəli bədən xəsarəti yetirib.
Faktla əlaqədar Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda ) maddəsi ilə cinayət işi başlanılıb. Rayon məhkəməsinin qərarı ilə Q.Vəlişov barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilmişdi.
11:01 / 10 Aprel 2026
20
10:57 / 10 Aprel 2026
20
10:50 / 10 Aprel 2026
100
10:47 / 10 Aprel 2026
28
10:43 / 10 Aprel 2026
40
10:34 / 10 Aprel 2026
56
10:27 / 10 Aprel 2026
45
10:25 / 10 Aprel 2026
572
10:23 / 10 Aprel 2026
50
10:22 / 10 Aprel 2026
36
10:07 / 10 Aprel 2026
35
09:00 / 10 Aprel 2026
55
00:54 / 10 Aprel 2026
312
00:39 / 10 Aprel 2026
266
00:14 / 10 Aprel 2026
254
23:55 / 09 Aprel 2026
222
23:39 / 09 Aprel 2026
225
23:18 / 09 Aprel 2026
241
23:11 / 09 Aprel 2026
379
22:58 / 09 Aprel 2026
278
22:44 / 09 Aprel 2026
210
22:34 / 09 Aprel 2026
148
22:19 / 09 Aprel 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.