Qaynar xətt:

(+99450) 247 90 86

Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

SON DƏQİQƏ

1395

28.01.2025, 16:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

DİN-in Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Aslanov Ceyhun zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib.

Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb.

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.