Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycan uçuşları dayandırdı

SON DƏQİQƏ! Azərbaycan uçuşları dayandırdı

SON DƏQİQƏ

702

24.09.2024, 10:56

Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Təl-Əviv) və əks istiqamətdə reysləri dayandırıb.

 

"Azərbaycan Hava Yolları" QSC-dən Oxu24.com-a  verilən məlumata görə, Təl-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər.

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların bərpası ilə bağlı əlavə məlumat vəziyyətdən asılı olaraq açıqlanacaq. Aviaşirkət hər hansı dəyişiklik barədə dərhal sərnişinləri məlumatlandıracaq.

Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın Çağrı mərkəzinə müraciət edə bilərlər: [email protected].

"Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir", - məlumatda qeyd olunur.

Dəhşətli xəbər gəldi: Ölənlər var