Qaynar xətt:

(+99450) 247 90 86

Tərtərdən dəhşətli xəbər gəldi: Ölən və tutulan var

Tərtərdən dəhşətli xəbər gəldi: Ölən və tutulan var

SON DƏQİQƏ

1165

27.02.2024, 10:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Fevralın 26-sı saat 19 radələrində Tərtər rayonu ərazisində 1984-cü il təvəllüdlü Elburus Şəmilovun öldürülməsi barədə Tərtər rayon prokurorluğuna məlumat daxil olub.
 
Baş Prokurtorluqdan  Oxu24.com-a  verilən məlumata görə, aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Muradxan Hüseynovun rayonun Buruc kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Elburus Şəmilova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Muradxan Hüseynov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
 
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.