Eyzenkot İsrailiya “yox” dedi
29 Noyabr 2026, 20:46
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
555
10.11.2023, 22:37
Rusiyanın şimalındakı daimi donuşluq (permafrost), minilliklər boyu basdırılmış qədim patogenlər qlobal temperatur yüksəldikcə yenidən oyana bilər.
OXU24.COM bildirir ki, bu barədə alimlər xəbərdarlıq ediblər. Onlar qeyd ediblər ki, bu, bəşəriyyəti potensial olaraq yeni xəstəliklər riski qarşısında qoyur. Virusoloq və Eks-Marsel Universitetinin Tibb fakültəsinin fəxri professoru Jan-Mişel Klaveri deyib ki, o, Sibir permafrostunda "zombi virusları" öyrənir və xəbərdarlıq edir ki, onlar Rusiyanın donmuş torpağında çox böyük sayda və müxtəliflikdə ola bilər:
"Biz yalnız amöb viruslarını canlandırmağa çalışdıq, çünki onlar heyvanlar, insanlar və ya bitkilər üçün heç bir təhlükə yaratmır",-deyə Klaveri bildirib. Torpaq nümunəsindən bütün DNT-ni ardıcıllıqla tərtib etdikdə, çiçək xəstəliyi və Afrika donuz taunu kimi heyvan və ya insan xəstəlikləri ilə əlaqəli olanlar da daxil olmaqla, bir çox müxtəlif növ virusları müəyyən edə bilərik".
Texnogen iqlim dəyişikliyi bütün planetə təsir etsə də, Arktika orta dünya səviyyəsindən üç dəfə daha sürətlə istiləşir və bu, Rusiyanın demək olar ki, üçdə ikisini əhatə edən permafrostla bağlı narahatlıqları artırır.
Gözlənilir ki, gələcək istixana qazları tullantılarından asılı olaraq, Rusiyada daimi donuşluq sahəsi 2050-ci ilə qədər təxminən 25% və əsrin sonuna qədər 40-72% azalacaq. Bu həyəcan verici proqnozlara baxmayaraq, Rusiyada "zombi virusları" problemi geniş müzakirə olunmur. Bu səbəbdən risklər lazımi səviyyədə qiymətləndirilməyə bilər.
Rusiya Elmlər Akademiyasının İqtisadi Proqnozlaşdırma İnstitutunun professoru və baş elmi işçisi Boris Reviçi deyir ki, permafrost ərazilərində neft və qaz obyektlərində işləyən insanlar üçün də potensial problemlər yarana bilər: "Lakin onların hamısı ümid edirəm, potensial təhlükələrlə təmasda olmayan yaşayış məntəqələrində yaşayırlar".
22:44 / 29 Noyabr 2026
64
22:26 / 29 Noyabr 2026
97
21:43 / 29 Noyabr 2026
106
21:37 / 29 Noyabr 2026
96
21:23 / 29 Noyabr 2026
111
20:46 / 29 Noyabr 2026
121
20:26 / 29 Noyabr 2026
134
20:26 / 29 Noyabr 2026
130
19:50 / 29 Noyabr 2026
141
19:27 / 29 Noyabr 2026
143
19:13 / 29 Noyabr 2026
159
19:01 / 29 Noyabr 2026
144
18:58 / 29 Noyabr 2026
424
18:45 / 29 Noyabr 2026
157
18:29 / 29 Noyabr 2026
156
18:15 / 29 Noyabr 2026
178
15:24 / 29 Noyabr 2026
198
12:43 / 29 Noyabr 2026
510
12:03 / 29 Noyabr 2026
209
12:00 / 29 Noyabr 2026
301
11:33 / 29 Noyabr 2026
216
10:55 / 29 Noyabr 2026
249
10:25 / 29 Noyabr 2026
394
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.