Qaynar xətt:

(+99450) 247 90 86

Putin “Vaqner”in keçmiş komandiri ilə görüşdü

Putin “Vaqner”in keçmiş komandiri ilə görüşdü

SİYASƏT

429

29.09.2023, 12:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Prezidenti Vladimir Putin ölkənin müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və “Vaqner” özəl hərbi şirkətinin keçmiş komandiri Andrey Troşev ilə görüşüb.

“Kommersant” xəbər verir ki, görüş dünən baş tutsa da, Kreml bu barədə məlumatı bu gün yayıb. 

Bildirilir ki, tərəflər görüş zamanı eləcə də xüsusi hərbi əməliyyat zonasına göndərmək üçün könüllü birləşmələrin yaradılmasını müzakirə ediblər.

Qeyd edək ki, Andrey Troşev ehtiyatda olan polkovnikdir. O, cari il iyunun 23-24-ü “Vaqner”in təsisçisi Yevgeni Priqojinin silahlı qiyamını dəstəkləməyib. Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib ki, o, artıq Müdafiə Nazirliyində işləyir.