Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
804
az

Etirazçılar Yerevanda meriyanı mühasirəyə aldılar - YENİLƏNİB

21:5118 Aprel, 2018
1176
SİYASƏT
  • A
 Yerevanda kütləvi yürüş keçirən müxalifət tərəfdarları mərkəzi Respublika meydanına toplaşıb.

Axşam saatlarında etirazçılar müxalifətdən olan deputat Nikol Paşinyanın başçılığı altında şəhərin mərkəzinə geri qayıdıb.

Etirazçılar bundan əvvəl meriya və XİN-nin binaları qarşısına toplanaraq, müxtəlif şüarlar səsləndirib və vətəndaşları hərəkata qoşulmağa çağırıb.  Axşam saatlarında aksiyaya qoşulan insanların sayı artıb.

Mitinqdə böyük insan izdihamının olması ilə əlaqədar, bir sıra mərkəzi küçələrdə nəqliyyatın hərəkəti iflic olub.

Hələlik ərazidə nisbi sakitlik olsa da, çevik polis qüvvələri gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirir. Hökumət evinin qarşında maneələrin quraşdırıldığı bildirilir.

***

Yerevanda etiraz aksiyasının iştirakçıları meriyanın binasını mühasirəyə alıblar.Meriyanın pilləkənlərindən oturan mitinq iştirakçıları “Taron çıx” və “Biabırçılıq” şüarları səsləndiriblər.

Binanın mərkəzi girişinin bağlı olduğuna əmin olduqda, aksiya iştirakçıları xidməti çıxışa istiqamətləniblər.  Burada onları mitinqin təşkilatçısı Nikol Paşinyan qarşılayıb və yürüşə qoşulmağa çağırıb.

***

Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlər müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə sabiq prezident, indiki baş nazir iqamətgahını blokadaya alıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb Məlumata görə, iqamətgahın qarşısında yalnız bir neçə polis əməkdaşı var. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

MN: Dəhşətli qəzada ölənlərdən beşi hərbçidir -ADLAR
Azərbaycan və İran xüsusi təyinatlıları birgə təlimdə- Fotolar
Rusiyada xaricə pul köçürmələrlə bağlı da limit qoyuldu

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı