Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7534
az

Oqtay Əsədovdan Tahir Kərimliyə - “Deyəsən, dərmanın dozası çox yuxarı oldu”

15:1130 Noyabr, 2018
882
SİYASƏT
  • A
 Deputat Tahir Kərimli "Dərman vasitələri haqqında” qanun layihəsinin müzakirəsində  sözügedən layihənin müvafiq maddəsində işlədilən "effektiv” sözünün işlədilməsinə etiraz edib.

Oxu24.com  Qafqazinfo-ya istinadən xəbər verir ki, deputat dilimizin qorunmasının vacibliyinə toxunaraq vurğulayıb ki,  həmin sözü "səmərəli” sözü ilə əvəz etmək lazımdır: "Biz qanunlarımızın dili məsələsinə diqqət etməliyik. Parlament süzgəcdir. Dil babalarımızın əmanətidir. Onu gələcək nəsillərə ötürmək istəyirik. Biz dilimizi hansı günə qoymaq istəyirik? Dilimizi sevsək  başqa millətlər də bizi sevəcək. Biz burada qanun qəbul edirik və hamıya nümunə göstəririk. Dilimiz pozula-pozula gedir”.

Deputat Musa Quliyev isə T. Kərimliyə cavab olaraq ki, sözügedən qanunda işlədilən "effektiv” sözünün tibbi termin olduğunu vurğulayıb: ""Effektiv” sözü dərmanın dozasını müəyyən edir.  Ona görə də "səmərəli” sözü ilə eyni mahiyyəti daşımır. Səmərəli dərman o deməkdir ki, o dərmanın insana xeyri var. Bu dünyada qəbul edilmiş farmokoloji termindir”.

Spiker Oqtay Əsədov sözügedən reaksiyalara bu cür  reaksiya verib: "Deyəsən, dərmanın dozası çox yuxarı oldu. Dərman qalıb, keçmişik başqa mövzulara. Mən də dilimizin qorunmasının tərəfdarıyam. Bu məsələlərlə gələcəkdə də məşğul olmaq lazımdır”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov əlavə edib ki,  dərmanlarla bağlı terminləri  hər gün Azərbaycan dilinə tərcümə etməyə çalışsaq bizim işimiz çətin olar: "Ona görə də bizi başa düşmək lazımdır. "Effektiv” sözü dərmanın insan orqanizminə necə təsir etməsinə aiddir”.

Sonda çıxış edən  birinci vitse-spiker Z.Əsgərov isə "effektiv” sözünün dilimizə təhlükə olmadığını vurğulayıb.

Deputat Tahir Kərimli "Dərman vasitələri haqqında” qanun layihəsinin müzakirəsində sözügedən layihənin müvafiq maddəsində "effektiv” sözünün işlədilməsinə etiraz edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu rektor təyin etdi- Sərəncam
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi- Sərəncam
Ərdoğan Putinlə telefonla danışdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı

20 yaşlı gənci maşın vurdu