Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
753
az

Səhiyyə naziri Oktay Şirəliyev vəzifəsindən azad edilir

21:0017 Aprel, 2018
1328
  • A
 Bu ilin mart ayında Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində yanğın olub. Taxta konstruksiyadan ibarət olan birmərtəbəli korpusun yanması zamanı palatada olan xəstələrdən 25-i faciəvi şəkildə ölüb.

Oxu24.com xəbər verir ki, minval.info-ya daxil olan özəl məlumatda deyilir ki, baş verən dəhşətli hadisə, eyni zamanda olayın ardınca yeyinti faktlarının ortaya çıxması səhiyyə naziri Oktay Şirəliyevi cəzalı duruma salıb. O, hazırda demək olar ki, vəzifəsini icra etmir. Nazirlikdə qurum rəhbərinə yaxın olan kadrların fəaliyyəti də dondurulmuş vəziyyətdədir. Görünən odur ki, O.Şirəliyevin kreslosu ilə vidalaşmağına az qalıb.
Məlumata görə, ölkə başçısı rəsmi olaraq yeni dönəmə başlayan kimi fəaliyyətinə xitam verəcək nazirlərin başında Oktay Şirəliyevin ismi gəlir. Yeni Nazirlər Kabinetində onun adının olmayacağı bildirilir.
Eyni zamanda keçmiş nazir statusunu alacaq O.Şirəliyevin əvəzinə bu vəzifəyə gənc perspektivli kadr gətiriləcək.
Onun özünün də bu məlumatlardan xəbərdar olduğu ötən günlərdə özünü büruzə verdi. Bu günlərdə dünyasını dəyişən səhiyyə nazirinin müavinin dəfn mərasimində qalmaqallı hadisə yaşanıb. Dəfndə iştirak edən Oqtay Şirəliyev onun fotosunu çəkən jurnalistə sərt reaksiyası verib. Qəzəbli nazirin tapşırığı ilə 2 nəfər media nümayəndəsinə hücum edib və ona yumruq vurub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident Rüfət Əzizova yüksək     vəzifə       verdi
Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı
Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu