Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi
18 Oktyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
604
17.10.2022, 14:24
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinə müavin təyin edilib.
Oxu24.com xəbər verir ki, Bəşir Qüdrət oğlu Hacıyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev oktyabrın 15-də müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, bu təyinata qədər Bəşir Hacıyev həmin Xüsusi Nümayəndəlikdə baş məsləhətçi vəzifəsində çalışırdı.
Bəşir Hacıyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub. O, 2021-ci ilədək özəl sektorda, əsasən turizm sahəsində fəaliyyət göstərib, uzun müddət Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin üzvü olub.
2021-ci ildə Ağdam rayonun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyində fəaliyyətə başlayıb, bu ilin əvvəlindən isə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi olub.

15:35 / 18 Oktyabr 2026
1
15:25 / 18 Oktyabr 2026
11
15:12 / 18 Oktyabr 2026
63
15:00 / 18 Oktyabr 2026
98
14:55 / 18 Oktyabr 2026
1139
14:50 / 18 Oktyabr 2026
77
14:41 / 18 Oktyabr 2026
126
14:29 / 18 Oktyabr 2026
174
14:21 / 18 Oktyabr 2026
83
14:15 / 18 Oktyabr 2026
92
14:15 / 18 Oktyabr 2026
85
14:11 / 18 Oktyabr 2026
71
14:07 / 18 Oktyabr 2026
425
13:55 / 18 Oktyabr 2026
83
13:40 / 18 Oktyabr 2026
234
13:35 / 18 Oktyabr 2026
84
13:32 / 18 Oktyabr 2026
120
13:30 / 18 Oktyabr 2026
77
13:24 / 18 Oktyabr 2026
349
13:15 / 18 Oktyabr 2026
85
13:05 / 18 Oktyabr 2026
193
13:01 / 18 Oktyabr 2026
90
12:51 / 18 Oktyabr 2026
256
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.