Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7496
az

Səfər Əbiyevin işdən çıxarılan oğlu Azərbaycanı tərk edir

10:5129 Noyabr, 2018
922
SİYASƏT
  • A
 Sabiq müdafiə naziri Səfər Əbiyevin işdən çıxarılan oğlu Roman Əbiyev Azərbaycanı tərk edir.

Oxu24.com   xəbər verir ki, bu barədə musavat.com saytı məlumat yayıb. Saytın yazdığına görə, keçmiş nazirin oğlu Çexiyaya köçəcək. Vəzifəsindən öz xahişi ilə çıxması da xaricə köçməsi ilə əlaqədardır.

Qeyd edək ki, Səfər Əbiyev vəzifəsindən çıxarılandan 2 il sonra onun Çexiya vətəndaşlığı alması xəbəri yayılmışdı. Bildirilirdi ki, sabiq nazirin ikili vətəndaşlığı var, o, Azərbaycanla bərabər Çexiya vətəndaşlığı da alıb. Həmin günlərdə Çexiyada yaşayan azərbaycanlı Zamiq Məmmədli də feysbuk səhifəsində bu məlumatı paylaşıb və sabiq nazirlə bir ölkənin vətəndaşı olduqlarını qeyd edib. S.Əbiyevin istefaya göndərildiyi ilk günlərdə ölkəni birdəfəlik tərk etməsi haqda xəbərlər də yayılmışdı. Ancaq məlumatların heç biri təsdiqlənmədi və S.Əbiyev tərəfindən birmənalı təkzib olundu. Bununla belə, keçmiş nazir Çexiyada olması xəbərini də təkzib etməmişdi, sadəcə ölkədən həmişəlik getmədiyini açıqlamışdı.  

Xatırladaq ki, 1995-ci ildən Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışan Səfər Əbiyev 22 oktyabr 2013-cü ildə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Roman Əbiyev isə 2011-ci ildə baş prokuror Zakir Qaralov Xəzər rayon prokuroru Fəxri Ələsgərovun köməkçisi vəzifəsinə təyin edib. Bundan əvvəl isə Roman Əbiyev Xəzər Rayon Prokurorluğunda müfəttiş olub. O, bir neçə gün əvvəl öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Paşinyan Bakıya gələcək?
Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər -YENİLƏNDİ
İlham Əliyev Putini belə qarşıladı -VİDEO

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var