Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7369
az

Putindən Paşinyanı planını alt-üst edən TƏLİMAT

17:2424 Noyabr, 2018
812
SİYASƏT
  • A
Ermənilərin Los-Ancelsdə pul yığma məqsədilə keçirdikləri telemarafona Rusiyada biznesləri olan ermənilər qoşulmayıb.

Oxu24.com xəbər verir ki, telemarafonda 11 milyon 109 min dollar pul yığılıb.

Bu pulların Paşinyan hökumətinə dəstək məqsədilə toplandığı deyilir.

Erməni şərhçi Aram Amatuni yazır ki, Rusiyada fəaliyyət göstərən erməni milyarderlər telemarafona bir sent belə yardım etmədilər.

“Serj Sarkisyanın dövründə Rusiyadakı erməni milyarderlərin Ermənistana kapital yatırımı mövcud idi. Bununla bağlı xüsusi proqramlar da hazırlanmışdı. Lakin Paşinyan gələndən sonra görünür onların Ermənistana siyasi marağı azaldı. Burada Moskvanın da təsiri açıq görünür. Çünki Rusiyadakı erməni milyarderlərin Kreml hakimiyyətinin tapşırıqlarına uyğun hərəkət etdiyi məlumdur. Görünür, Putin Paşinyana heç bir dəstəyin verilməməsi təlimatını verib”, - deyə erməni şərhçi yazıb.

Qeyd edək ki, Nikol Paşinyan hakimiyyətə gələrkən verdiyi vədlərə əməl edə bilmir. Xüsusilə əmək haqları və pensiyaların artımı ilə bağlı heç bir iş görülməyib. Halbuki, sadə ermənilər məhz yaxşı yaşamaq xəyalı ilə Paşinyanın yanında yer almışdılar. Hətta keçmiş müdafiə naziri, Respublika Partiyasının üzvü Viqen Sarkisyan Paşinyan hakimiyyətinin 150 min işçini ixtisara salmağı planlaşdırdığını açıqlayıb. Ermənilərin pul toplamaq məqsədi ilə keçirdikləri telemarafonun məqsədi də Paşinyana yardım etməkdir, lakin lazım olan məbləğ yığılmayıb. Rusiya milyarderlərinin marafona qoşulmaması da Paşinyanı çətin vəziyyətə salıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onu bu sözlərinə görə Nazarbayev də "peşman" etmişdi
"Kiçik məqsədlər uğur gətirməz" - Dünyanın ən zəngin adamlarından 20 sitat
Qərb Cənubi Qafqazı yenidən alov topuna döndərməyi planlaşdırır

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı

20 yaşlı gənci maşın vurdu