Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7341
az

Azərbaycan və Türkiyə üç cəbhədə Ermənistanı... – “Erməni cəsurlar"ın Kremli qəzəbləndirən PLANI

18:4123 Noyabr, 2018
968
SİYASƏT
  • A
Ermənistan seçkiqabağı vəziyyətdə olur. İlk dəfə "məxmər inqilaba" ölkəsində qalib gəlmişdən sonra burada parlament seçkiləri keçəcək, hansılara ki, yeni və keçmiş hakimiyyət xüsusi qiyməti (mənanı) verirlər.

Ermənistanda dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində doqquz partiya və iki seçki bloku iştirak etmək niyyətindədir. Bu siyasi qüvvələr arasında “Sasna srer” partiyasının da yer alması diqqət çəkir.

Oxu24.com xəbər verir ki, “Sasna srer” siyasi partiya olmamışdan əvvəl silahlı qruplaşma idi. 2016-cı ildə onlar İrəvanda polis alayının binasını tutaraq həmin vaxt prezident olan Serj Sarkisyana qarşı qiyam qaldırdılar. Onların iddiası belə idi ki, Sarkisyan əraziləri qaytarmağa hazırlaşır və qiyam da məhz bunun qarşısını almaq məqsədilə həyata keçirilib. Həqiqətən də “aprel müharibəsi”ndən məğlub çıxmış Ermənistan ərazilərin bir qisminin qaytarılması üzərində düşünürdü. Çünki işğalçı ölkəyə başqa çıxış yolu qoyulmamışdı. Məhz bu qiyam hadisələrin inkişafını dəyişdirdi, yaxud da təzyiq altında olan Sarkisyan hakimiyyəti qiyamdan istifadə edərək, danışıqlar masasından qaçdı. Qiyam yatırılandan sonra Sarkisyan qruplaşma üzvlərini həbs etdi.

Onlar Paşinyanın küçədən siyasi Olimpə gəlişinə qədər barmaqlıqlar arxasında qaldılar. Nəhayət, Paşinyan qiyamçıları azad etdi, ardınca “Sasna srer” partiyası yaradıldı.

Partiyanın lideri Jirayr Sefilyan erməni telekanallarının birində seçki proqramının əsas tezislərini açıqladı. Proqramda diqqətçəkən əsas məqam isə Rusiya ilə bağlı fikirlərdir.

Partiyanın proqramı Ermənistanın Rusiya ilə birlikdə üzv olduğu Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi təşkilatlardan çıxışını nəzərdə tutur. Həmçinin “Sasna tsrer” Partiyası Rusiya bazasının Ermənistan ərazisindən çıxarılmasına hazırlaşır. Sefilyan bildirir ki, Rusiyanı Qafqaz regionundan sıxışdırmaq lazımdır, Ermənistanın yeni strateji partnyorları ABŞ və İran olmalıdır.

Partiyanın proqramına həmçinin, Dağlıq Qarabağ və Ermənistanın birləşdirilməsi, Rusiya sərhədçilərinin ermənilərlə əvəzlənməsi, Rusiyaya verilmiş (əslində isə satılmış) strateji obyektlərin milliləşdirilməsi, Rusiya telekanallarının yayımının dayandırılması, Qərb ölkələri, habelə İran, Gürcüstan, Çin və Hindistanla “Rusiyayönlü münasibətlər” formatından çıxması da əksini tapıb.

“Sasna srer” Nikol Paşinyanın hakimiyyətini dəstəkləyəcəklərini bəyan edirlər.

Rusiyada erməniyönümlü fəaliyyəti ilə seçilən “Eadaily” saytı yazır ki, “Erməni “cəsurlar” Rusiyanı ölkədən qovmaq və üç cəbhədə müharibə aparmağa hazırlaşırlar”.

Sayt qeyd edir ki, “Sasna srer” ABŞ və İranla eyni vaxta necə əməkdaşlıq edəcəklərini açıqlamırlar: “Görünür bunu anlamırlar. Onlar həm də anlamır ki, Rusiyanın Ermənistandan çıxması bu ölkənin Azərbaycan və Türkiyə qarşısında tək qalacaq. Bununla yanaşı, Sefilyan Gürcüstanla Ermənistan sərhədinin ləğvini və birləşməyi təklif edir. Onlar Cavaxetiya problemini gürcü dövləti ilə birlik yolu ilə həllini təklif edirlər. Milli radikalların xarici siyasət kursu də olduqca sadəlövhdür: bütün dünya Ermənistanın Rusiyanı öz sərhədlərindən necə qovduğunu görəcək və ona hörmət edəcək. Lakin onlar izah etmirlər ki, Rusiya Ermənistandan çıxsa, Türkiyə və Azərbaycanla Qarabağ, Naxçıvan və qərb bölgəsi olmaqla üç cəbhədə necə müharibə aparacaqlar?! Sefilyan Qarabağda “sürünən müharibəni”n dayandırılması üçün təcili ölçülər götürmək haqqında danışır, lakin izah edə bilmir ki, Ermənistan üç cəbhədə müharibədə nə edəcək? Əslində məqsəd aydındır: nəyin bahasına olursa olsun, Qərb Ermənistandakı rusofobiya üçün onlara hörmət etsin”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Gürcüstandakı proseslərdən DANIŞDI: "Məni sadəcə heyran etdi"
Putin KTMT sammitində Trampla bağlı görün nə dedi...
ABŞ Ukraynaya 725 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO