Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6580
az

ABŞ 70 milyon SSRİ vətəndaşını öldürəcəkdi - Tarixin ən güclü bombası niyə atıldı? (VİDEO)

13:3930 Oktyabr, 2018
1632
SİYASƏT
  • A
1961-ci il, 30 oktyabr... Tarixin ən güclü hidrogen bombası partladılır. Səhər saat 11:32-də “Yeni torpaq” adasında, quru səviyyəsindən 4 min metr hündürlükdə 50 milyon ton trotil gücündə hidrogen bombası atılır.

Bu, dünya tarixinin ən güclü termonüvə qurğusunun sınağı idi. Sınaq zamanı bombanın gücünün 50 faizi istifadə olunmasına baxmayaraq, partlayışın yaratdığı enerji İkinci Dünya müharibəsi zamanı bütün tərəflərin istifadə etdiyi partlayıcıların ümumi gücündən dəfələrlə çox idi. Partlayışın dalğası dünyanı üç dəfə dövr etmişdi.

Bu zaman yaranan işıq o qədər parlaq idi ki, bombanın atıldığı yerdən 200 km aralıda yerləşən idarəetmə məntəqəsindən belə görünürdü. Bomba təyyarə vasitəsilə 10 km hündürlüyə qaldırılaraq atılmışdı. Tüstüsü 67 km yüksəyə qalxan hidrogenin episentrdən 400 kilometr aralıdakı evlər (yaşayış yox idi) dağılıb tökülmüş, poliqondan yüzlərlə kilometr aralıda bir saat ərzində radiodalğalar pozulmuş və radio əlaqəsi kəsilmişdi.

ABŞ 70 milyon SSRİ vətəndaşını öldürəcəkdi

İlk nüvə silahı Amerika Birləşmiş Ştatları tərəfindən II Dünya müharibəsi zamanı istifadə edilmiş, Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan bomba 200 min insanın həyatına son qoymuşdu. Müharibədən sonra növbəti hədəf SSRİ idi. ABŞ XX əsrin 60-cı illərində sənaye inkişafı səbəbindən Sovet İttifaqı və Çinə nüvə zərbəsi endirməyi planlaşdırırdı. Bu haqda “Milli Təhlükəsizlik Arxivi” qeyri-kommersiya təşkilatının nəşrində qeydlər var. Arxiv sənədlərinə görə, ABŞ SSRİ-yə nüvə zərbəsi vasitəsilə ölkədə 70 milyon əhalini öldürmək niyyətində idi. Nəticədə Sovet İttifaqını “böyük sənaye dövləti kateqoriyası”ndan çıxacaq və “yaşamağa möhtac” cəmiyyət olacaqdı.

Odur ki, SSRİ cavabsız qala bilməzdi və nəticədə hazırladıqları bombanı 60-cı illərin əvvəlində - 1961-ci ildə sınaqdan keçirdilər. Əslində bu ABŞ-a bir cavab mesajı idi. Xatırladaq ki, SSRİ-nin malik olduğu bomba Xirosimaya atılan bombadan 3800 dəfə güclü hesab olunur.

Hidrogen bombası nədir?

Bu, nüvə silahının bir növüdür, ən güclüsüdür. 1952-ci ildə Birləşmiş Ştatlar tərəfindən hazırlanan silah, hidrogen izotopların zəncirvari reaksiyası nəticəsində nüvə əriməsi sayəsində işə düşür. Atom bombasından daha güclüdür. Partlayış zamanı neytronlar elə sürətlə hərəkət edirlər ki, saniyənin milyonda biri qədər kiçik zamanda bomba təxminən 1000 milyard kilokalorilik enerji meydana gətirir. Bombanın çevrildiyi qaz kütləsinin istiliyi bir anda bir neçə milyon dərəcəyə və qaz təzyiqi də bir milyon atmosferə yüksəlir. Yaranan inanılmaz parıltı onlarla kilometr uzaqda olan hər hansı bir insanda korluğa səbəb ola bilər. Belə ki, bu parlaq işıq Günəş səthindən yayılan işıqdan yüzlərlə qat daha böyükdür. Partlayış anından başlayaraq keçən zaman elə qısadır ki, partlayışın yaxınında olan adam gözlərini qırpmağa belə vaxt tapa bilmir. Cəmi 2 saniyə sonra səthi çox isti və Günəşdəkindən parlaq alov topundan yayılan istilik 4–5 km sahədəki bütün yana bilən maddələri alovlandırmağa kifayət edir. Bütün metal və daş konstruksiyaları məhv edir. 6 saniyə sonra təzyiq normal atmosfer təzyiqindən təxminən iki qat artıq olur. Bu təzyiqdə insanların sağ qalma ehtimalı 1%-dir. 13-cü saniyədə partlayış saatda 300–400 km sürətlə yayılmağa başlayır. 2 dəqiqə sonra isə partlayışın tüstüsü 12 km yüksəkliyə qədər yüksəlir, radiasiya qalıqları dünyanın hər tərəfinə yayılır və insanlarda ciddi fiziki qüsurlar yaradır.

Bütün beynəlxalq qurumlar bildirir ki, kütləvi qırğın silahları bəşəriyyətə lazım deyil. Amma ABŞ və Rusiya yarım əsrdən çoxdur bu silaha sahibdir. Ümumilikdə isə nüvə silahına malik ölkələr sırasında Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Çimali Koreya və İsrail də var. Gələcəkdə siyahının genişlənəcəyi də istisna deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

\
Rusiya XİN başçısı Çinə səfər edəcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO