Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynadakı ABŞ diplomatları Lvova köçür

Ukraynadakı ABŞ diplomatları Lvova köçür

SİYASƏT

363

13.02.2022, 22:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Kvin və digər diplomatlar paytaxt Kiyevdən Lvova köçürlər.

OXU24.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Европейская правда" nəşri ABŞ-ın diplomatik mənbələrinə istinadla məlumat yayıb.

"Səfirliyin əsas komandası və bölmə rəhbərləri Lvovda işləyəcək. Kristina Kvin də Lvova köçür" - deyə ABŞ Dövlət Departamentindəki mənbə bildirib.

Bununla belə, qeyd olunub ki, səfirlik əməkdaşlarının yerdəyişməsi müvəqqəti tədbirdir və təhlükəsizlik təmin olunan kimi diplomatlar Kiyevə qayıdacaqlar. Səfirliyin texniki heyəti və təhlükəsizliyə cavabdeh olan şəxslər Kiyevdə qalıblar.