Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb
04 Noyabr 2026, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
420
13.02.2022, 15:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər.
Oxu24.com xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub.
Daha sonra dövlətimizin başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyev burada çıxış edib.
Dövlətimizin başçısı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməlini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar.
Səfərdən hazırlanan geniş reportaj fevralın 14-də təqdim ediləcək.
00:16 / 05 Noyabr 2026
1
23:48 / 04 Noyabr 2026
92
23:44 / 04 Noyabr 2026
68
23:40 / 04 Noyabr 2026
62
23:35 / 04 Noyabr 2026
65
23:33 / 04 Noyabr 2026
60
23:30 / 04 Noyabr 2026
84
23:26 / 04 Noyabr 2026
53
23:22 / 04 Noyabr 2026
83
23:17 / 04 Noyabr 2026
104
23:14 / 04 Noyabr 2026
67
23:12 / 04 Noyabr 2026
73
23:04 / 04 Noyabr 2026
102
22:59 / 04 Noyabr 2026
145
22:51 / 04 Noyabr 2026
93
22:38 / 04 Noyabr 2026
97
22:34 / 04 Noyabr 2026
113
22:26 / 04 Noyabr 2026
101
22:22 / 04 Noyabr 2026
110
22:16 / 04 Noyabr 2026
2402
22:14 / 04 Noyabr 2026
136
22:03 / 04 Noyabr 2026
106
21:58 / 04 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.