Prezident QANUN İMZALADI
05 Noyabr 2026, 15:31
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1783
13.01.2022, 09:25
"Digər qıcıq doğuran məsələ odur ki, biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir".
Oxu24.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Bax, bu iki məsələ istisna olmaqla, bütövlükdə, yenə də deyirəm, onların funksiyasını mən müsbət qiymətləndirirəm. Ciddi insidentlər olmamışdır. İnsidentlər Ermənistan-Azərbaycan sərhədində baş verib, yəni, o zonada ciddi insidentlər olmayıb", - Prezident vurğulayıb.
15:46 / 05 Noyabr 2026
28
15:31 / 05 Noyabr 2026
92
15:25 / 05 Noyabr 2026
76
15:10 / 05 Noyabr 2026
69
14:57 / 05 Noyabr 2026
133
14:50 / 05 Noyabr 2026
116
14:48 / 05 Noyabr 2026
108
14:44 / 05 Noyabr 2026
89
14:41 / 05 Noyabr 2026
116
14:36 / 05 Noyabr 2026
95
14:25 / 05 Noyabr 2026
128
14:24 / 05 Noyabr 2026
113
14:18 / 05 Noyabr 2026
283
14:08 / 05 Noyabr 2026
146
14:01 / 05 Noyabr 2026
106
13:48 / 05 Noyabr 2026
1271
13:41 / 05 Noyabr 2026
115
13:20 / 05 Noyabr 2026
169
13:12 / 05 Noyabr 2026
175
13:02 / 05 Noyabr 2026
413
13:00 / 05 Noyabr 2026
221
12:56 / 05 Noyabr 2026
215
12:51 / 05 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.