Prezident onları təltif etdi -SİYAHI
05 Noyabr 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
436
10.01.2022, 19:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqun etimadnaməsini qəbul edib.
OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, səfir Li İn-Yonq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu bildirərək, müstəqillik illərində münasibətlərimizin çox uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanla Koreya Respublikası arasında uzun illər müxtəlif sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirdi, siyasi əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi. Bu baxımdan Koreyanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafına töhfə verdiyini bildirdi. Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığa toxunaraq, Koreyanın bir çox şirkətinin ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən infrasktrur və inşaat layihələrində uğurla iştirak etdiklərini vurğuladı. Dövlətimizin başçısı birgə investisiya sahələrinin, ixrac-idxal əməliyyatlarının artırılmasının, insanlar arasında təmasların genişlənmədirilməsinin əhəmiyyətinə toxundu. Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Səfir Li İn-Yonq son 30 il ərzində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əlaqələrin inkişaf etdiyini vurğluyaraq, iqtisadi əməkdaşlığın və insanlar arasında əlaqələrin ölkələrimizin potensialına uyğun olaraq daha da möhkəmləndirilməsinin vacibliyini bildirdi və səfir fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcini qeyd etdi.
Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində Koreya şirkətlərinin mümkün iştirakı ilə bağlı fikir mübadiləsi aparıldı.
16:09 / 05 Noyabr 2026
1
15:55 / 05 Noyabr 2026
253
15:46 / 05 Noyabr 2026
64
15:31 / 05 Noyabr 2026
130
15:25 / 05 Noyabr 2026
100
15:10 / 05 Noyabr 2026
82
14:57 / 05 Noyabr 2026
159
14:50 / 05 Noyabr 2026
131
14:48 / 05 Noyabr 2026
117
14:44 / 05 Noyabr 2026
96
14:41 / 05 Noyabr 2026
129
14:36 / 05 Noyabr 2026
102
14:25 / 05 Noyabr 2026
141
14:24 / 05 Noyabr 2026
126
14:18 / 05 Noyabr 2026
307
14:08 / 05 Noyabr 2026
153
14:01 / 05 Noyabr 2026
113
13:48 / 05 Noyabr 2026
1365
13:41 / 05 Noyabr 2026
122
13:20 / 05 Noyabr 2026
184
13:12 / 05 Noyabr 2026
189
13:02 / 05 Noyabr 2026
437
13:00 / 05 Noyabr 2026
229
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.