İlham Əliyevdən Türkiyə haqda TARİXİ SÖZLƏR:Bu bizim böyük sərvətimizdir
08 Noyabr 2026, 18:28
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
443
19.12.2021, 19:59
"Türkiyə Rusiya ilə hər sahədə əməkdaşlığı davam etdirməkdə qərarlıdır".
OXU24.COM APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra xarici jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Silahlı hücum nəticəsində qətlə yetirilən Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun vəfatının 5-ci ildönümündə Türkiyə ilə Rusiya arasındakı münasibətləri dəyərləndirən Mövlud Çavuşoğlu deyib ki, A.Karlov çətin bir dövrdə Türkiyə-Rusiya əlaqələrinə mühüm xidmətlər göstərib, iki ölkə arasındakı əlaqələrə töhfə verən ən təcrübəli diplomat olub: "Onun itkisi rus xalqı qədər bizim xalqımızı da dərindən kədərləndirdi".
A.Karlova qarşı törədilən əməlin terror aktı olduğunu vurğulayan M. Çavuşoğlu bu hücumu həm də Türkiyə-Rusiya dostluğuna qarşı yönəlmiş hərəkət kimi qiymətləndirib: "Ancaq Türkiyə və Rusiya bu fitvaya getmədi. Karlova hücum Türkiyə-Rusiya əməkdaşlığına xələl gətirmək istəyən bir çox güc mərkəzlərinin mövcudluğunu ortaya çıxardı. Bu mənada bizim dostluğumuzu pozmaq istəyənləri məyus etdik. Yaxın keçmişdə diplomatlarını və səfirlərini terrora ən çox qurban verən Türkiyə bu ağrının nə olduğunu yaxşı bilir. Türkiyənin xarici işlər naziri olaraq 5 il öncə mən Moskvada "Vnukova" hava limanında həmkarım Sergey Lavrovla onun cənazəsini qarşılama mərasimində iştirak etdim və kədərli ailəsinə başsağlığı verdim. Buradan bir daha başda ailəsi, yaxınları olmaq üzrə Rusiya xalqına və dövlətinə, başsağlığı verirəm".
18:35 / 08 Noyabr 2026
1
18:30 / 08 Noyabr 2026
48
18:28 / 08 Noyabr 2026
27
18:22 / 08 Noyabr 2026
50
18:13 / 08 Noyabr 2026
85
18:11 / 08 Noyabr 2026
53
18:09 / 08 Noyabr 2026
67
18:02 / 08 Noyabr 2026
107
17:43 / 08 Noyabr 2026
94
17:41 / 08 Noyabr 2026
88
17:27 / 08 Noyabr 2026
211
17:23 / 08 Noyabr 2026
117
17:20 / 08 Noyabr 2026
1159
17:18 / 08 Noyabr 2026
74
17:14 / 08 Noyabr 2026
95
16:34 / 08 Noyabr 2026
2594
16:25 / 08 Noyabr 2026
94
16:12 / 08 Noyabr 2026
200
16:06 / 08 Noyabr 2026
216
15:17 / 08 Noyabr 2026
175
15:13 / 08 Noyabr 2026
936
14:59 / 08 Noyabr 2026
148
14:54 / 08 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.