PREZİDENT TƏSDİQLƏDİ: Onlar da siyahıya daxil edildilər
13 Mart 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
683
30.11.2021, 19:03
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Türkmənistana işgüzar səfərindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı bildirib ki, Türkiyə Ukrayna ilə Rusiya arasında vasitəçilik edəcəyini istisna etmir.
Ukrayna-Rusiya sərhədindəki vəziyyətin təhlükəli həddə çatması və Türkiyənin iki ölkə arasında vasitəçilik etməsi ehtimalına dair suala cavab verən dövlət başçısı bunları deyib: “Bizim mövqeyimiz bəllidir. Xüsusilə başda Krım türklərilə əlaqədar yanaşma olmaq şərtilə bölgədə barışın olmasına tərəfdarıq. Dost Rusiya və xüsusilə cənab Putinlə bu məsələləri dəfələrlə müzakirə etmişik və edirik də. Arzumuz odur ki, bu bölgə müharibənin yox, sülhün hakim olduğu bölgə olaraq gələcəyə yürüsün. Bununla bağlı vasitəçilik olar, tərəflərlə müzakirələr olar. İstər Ukrayna ilə, istərsə də cənab Putinlə müzakirələri davam etdirərək, gələcəkdə məsələnin həllində bizim də payımızın olmasını istərdik”.
Maraqlıdır, Türkiyə bu çətin missiyanı uğurla yerinə yetirə bilərmi?
Həmçinin oxuyun
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyənin bu məsələyə münasibətini alqışlamaq lazımdır: “Çünki böyük və çətin missiyanı öz üzərinə götürmüş olur. Biz Türkiyənin Yaxın Şərqdə, Qafqazda, hətta Afrika qitəsindəki fəallıqlarını görürük. Yəni Türkiyə artıq dünya ölkələri arasında vacib beynəlxalq aktora çevrilib. Onun gücü və rəyi ilə artıq razılaşırlar. Adətən Türkiyə özü ilə sərhəddə olan proseslərə daha çox müdaxilə edir. Bu dəfə isə iki qardaş slavyan xalqı arasındakı münaqişənin həllində vasitəçilik təklif edir. Hazırda Türkiyə ilə Rusiyanın münasibətləri yaxşıdır. Türkiyə ilə Ukrayna arasında da münasibətlər pis deyil. Türkiyə bu missiyanı uğurla həyata keçirə bilər və dayanıqlı sülhün qalması üçün məsuliyyəti də üzərinə götürə bilər. Qarabağda Rusiya qoşunlarının yerinə yetirdiyi sülhməramlı missiyanın bir alternativini təklif edə bilər. Yəni həmin münaqişə zonasına Türkiyənin sülhməramlıları yerləşdirilə bilər. Mənə elə gəlir ki, bu işi Türkiyədən yaxşı kimsə bacara bilməz. Bu, həm də iqtisadi əlaqələrin möhkəmlənməsi və inkişafına gətirib çıxaracaq. Biz Türkiyənin təcrübəsində belə halları görmüşük. Türkiyənin Suriya, Liviyadakı fəaliyyətlərini nəzərə çatdıra bilərik. Burada isə sırf barışdırıcı missiyanı üzərinə götürüb, sülhün təminatına zəmanət verə bilər. Təbiidir ki, bunun bizə də faydası var. Çünki Türkiyənin güclü olması bizim güclü olmağımız anlamına gəlir. Bütün bu işlərdə Ərdoğana uğurlar arzulayaq. Yəqin ki, münaqişə tərəfləri ilə bu barədə söhbətlər olub. Tərəflər razı olmasaydı, Ərdoğan bu təklifi səsləndirməzdi. Rusiyanı bir qədər də qıcıqlandıran kənar oyunçuların onun təsir dairəsinə burun soxmasıdır. İstəmir ki, ABŞ okeanın o tayından gəlib onun sərhədində baş verənlərdən danışsın. Türkiyə isə daim həmin bölgələrdə söz sahibi olub. Bu baxımdan, prosesin uğurla nəticələnəcəyinə heç bir şübhəm yoxdur”
10:04 / 14 Mart 2026
38
09:51 / 14 Mart 2026
31
09:49 / 14 Mart 2026
78
09:48 / 14 Mart 2026
45
09:45 / 14 Mart 2026
54
00:07 / 14 Mart 2026
1250
23:57 / 13 Mart 2026
12453
23:55 / 13 Mart 2026
269
22:32 / 13 Mart 2026
148
22:29 / 13 Mart 2026
130
21:42 / 13 Mart 2026
402
21:37 / 13 Mart 2026
303
21:26 / 13 Mart 2026
768
21:22 / 13 Mart 2026
237
21:14 / 13 Mart 2026
1649
20:54 / 13 Mart 2026
128
20:25 / 13 Mart 2026
117
20:04 / 13 Mart 2026
4295
19:41 / 13 Mart 2026
189
19:30 / 13 Mart 2026
551
19:17 / 13 Mart 2026
876
18:55 / 13 Mart 2026
1749
18:50 / 13 Mart 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.