Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6141
az

Putin HƏRƏKƏTƏ KEÇDİ: gizli səfər, Qarabağda müharibə və ərazilərin... - 4 SSENARİ

18:3315 Oktyabr, 2018
2463
SİYASƏT
  • A
Rusiya Ermənistanda daxili siyasətin idarəçiliyini yenidən əlinə almaq istiqamətində ciddi addımlar atmağa başladı. Nikol Paşinyan siyasi Olimpə çıxandan sonra proseslər Kremlin ürəyincə deyildi, hərçənd, “rəngli inqilab” günlərində rusların müdaxilə edəcəyi və illərlə daşları üstə-üstə qoyaraq tikdiyi Cənubi Qafqazdakı əsas qala divarlarının zədə alacağına imkan verməyəcəyi gözlənilən idi. Lakin Rusiya susqunluğunu qorudu, mümkündür ki, Moskva ikinci Ukrayna ilə qarşılaşmaq istəmirdi. Həm də Ukraynadan fərqli olaraq, Ermənistan onlar üçün lazımi zamanda istədiyi ssenarini həyata keçirə biləcəyi məkandır. Əvvəlcə Moskvanın Paşinyanı yoxlama imtahanı başladı, hökumətinə “Soros”çuları dolduran “qərbli oğlan” özünü doğrutlmadı. Rusiya zədələnmiş qala divarlarını yenidən hörmək və Ermənistanda təsir imkanlarına maneçilik törədənləri daxildən yox etmək üçün hərəkətə keçib.

Oxu24.com xəbər verir ki, ən maraqlı məqamlardan biri Ermənistanın prezidenti Armen Sarkisyanın ötən həftə Moskvaya gizli səfər etməsi oldu. Erməni prezident rus torpaqlarında baş diplomat Sergey Lavrov və onun müavini Qriqor Karasinlə görüşdü. İlk baxışdan Sarkisyanın Paşinyanla məsləhətləşərək İrəvan-Moskva arasındakı çatları bərpa etmək üçün “bir xoş şam yeməyi” yeməyə gəldiyi görünə bilər. Lakin Sarkisyanın “gizli şəkildə” Moskvaya gəlişi və Putinlə deyil, Lavrovla görüşü onun ruslar tərəfindən dəvət edildiyi ehtimalını gücləndirir.



Rusiya Paşinyana inanmır, lakin Ermənistan rəhbərliyində təmsil olunan biri ilə müzakirə aparmaq ehtiyacı var və belə bir məqamda “Qərbpərəst” adlandırılan prezidentin üzərinə oynamağa başlayır.

Bu, həm Paşinyana alternativsiz olmadığını göstərmək, həm də həqiqətən də Paşinyanın “şantaj siyasəti” ilə idarə olunan Ermənistanda yeni dayaq nöqtəsi əldə etmək məqsədi daşıyır.

Rusiya Paşinyanın hər addımbaşı insanları küçələrə tökməsinə qarşı əlindən heç nə gəlmədiyi üçün həqiqətən də qəzəbli görünür.

“Çiçəklənən Ermənistan”, Respublika və Daşnaksütyun partiyalarının baş nazirin səlahiyyətlərini azaltmaq gedişlərinə qarşı Paşinyanın tərəfdarlarının parlamenti mühasirəyə alması səbrin daşması üçün son damla oldu. Paşinyan parlamentə gəldi və bu partiyalarla qapalı görüşdə razılaşdıqlarını elan etdi, növbədənkənar parlament seçkilərini də bu ilin sonuna təyin etdi. Məlumdur ki, qapalı toplantıda partiyalar Paşinyanla yox, binanı mühasirəyə alan insan seli ilə razılaşmalı oldu, lakin bu siyasi oyunu qaydalarına görə oynamağa vərdiş etmiş “köhnə qvardiyanı” məmnun etmir. Onlar Paşinyanın əsas rıçağını əlindən almaq üçün nəsə etməlidirlər və belə bir məqamda onların dadına təkcə Rusiya çata bilər. Paşinyanın rıçağını əlindən almaq istəyən Rusiya da bunun üçün köhnə prinsiplərə söykənərək, müdaxilə ssenarisini işə salmağı birdəfəlik kənara qoyub və oyunu səbirlə oynamağı seçib.

“Çiçəklənən Ermənistan”, Respublika, Daşnaksütyun və digər partiyaları yenidən gücləndirmək, Paşinyana qarşı güclü müxalifət çıxarmaq. Hələ ki rusların ilkin planlarının bu olduğu görünür.

Bu prosesdə Rusiyanın bir neçə varianta üz tutduğu artıq məlumdur:

Bir: “Çiçəklənən Ermənistan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın dəvəti ilə “Vahid Rusiya” fraksiyası üzvləri Sergey Naverovun rəhbərliyi ilə İrəvana gəldi. Görüşdə rus deputatlar partiyalararası əlaqələri möhkəmləndirmək və operativ əməkdaşlığı təşkil etmək üçün işçi qrupunu yaratmağı təklif etdilər. Mümkündür ki, Rusiya Sarukyana edilən “stavkanı” gücləndirir. İki: Azərbaycanın əleyhinə səsləndirdiyi fikirlərlə gündəmə gələn, Rusiyada ermənipərəstliyi ilə tanınan Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin İrəvana gəldi. Zatulin Paşinyanla görüşə bilmədiyindən şikayətlənsə də, o, İrəvanda lazımi işlər görə bildi. Təklif etdi ki, Rusiyada tanınmış erməni ailəsinin şərəfəsinə “Lazarev klubu” yaradılsın. Zatulinin ermənilərin cibində olduğu məlumdur, bu baxımdan, onun təklifini yaltaqlıq hesab edə bilərik. Lakin o da istisna deyil ki, belə bir klubun təsis edilməsi birbaşa Kremlin iradəsidir. Moskva bununla erməni cəmiyyətində korlanmış imicini tədricən bərpa etmək və Ermənistanda, eləcə də Rusiyadakı erməni ziyalıları öz cəbhəsinə toplamaq gedişi edir. Üç: Rusiya-Ermənistan vahid qoşun qruplaşması aktivləşdirilir. Ermənistan mediası qoşun qruplaşmasının bir neçə gün öncə başa çatan irihəcmli hərbi təlimlərinin Moskvanın İrəvana mesajı olduğunu yazdı. Erməni şərhçi Tevos Arşakyan yazır ki, “bu qruplaşma Qarabağ müharibəsində Ermənistana kömək etməyəcək, əksinə, erməni əsgərlərin bu qruplaşmada olması bizim ordumuzun canlı qüvvəsinin azalması deməkdir. Rusiya bunun Ermənistanı Qarabağı müdafiə etmək gücündən məhrum edir”.                                                                                                
  Dörd: Rusiyanın Paşinyan hakimiyyətinə qarşı Qarabağ kartını yenidən işə salacağı da gözlənilir. Ermənistanın keçmiş hakimiyyəti 2016-cı ildə Sankt-Peterburq görüşündə münaqişənin həlli variantı üzərində razılaşmışdı. Moskva hazırda bu razılaşmanı əsas götürür, Kremlə yaxın rus ekspertlərin tez-tez Paşinyana “öhdəlikləri yerinə yetir” çağırışı da bu prosesin bir hissəsidir.        Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya və Ukrayna hərbi əsirləri dəyişdi

8 Avropa ölkəsindən Gürcüstana çağırış: görün nə tələb edirlər
Tramp İlon Maskı “kainatın mərkəzinə” DƏVƏT ETDİ -"Sizin üçün darıxırıq"

Evə girən ayı görün harada yatdı

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı