Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59564
az

Baş nazirdən YENİ QƏRAR: Yanvarın 1-dən...

14:4712 Oktyabr, 2021
1884
  • A

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydalarında dəyişikliklər edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları" ilə tənzimlənir. Qaydaların təsdiq olunmasından sonra keçən dövr ərzində icra zamanı qarşıya çıxan bir sıra məsələlərin tənzimlənməsi məqsədilə Qaydalarda dəyişikliyin edilməsinə ehtiyac yaranmışdır.

Bu dəyişikliklərin edilməsi aşağıdakı məsələləri əhatə edir:

1.Beynəlxalq təcrübə nəzərə alınmaqla, əcnəbilərin yerli ali təhsil müəssisələrinə müraciətlərinin asanlaşdırılması, eyni zamanda müraciətlərinə baxılması, izlənməsi və nəticələrinin nəzarətdə saxlanması, statistik təhlillərin aparılmasının təmin edilməsi məqsədilə yerli ali təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzindən kənar qəbul üçün müraciət edən əcnəbilərin qəbulunun elektronlaşdırılması həyata keçiriləcəkdir. Əcnəbilər üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nin Elektron sənəd qəbulu altsistemində elektron ərizəni dolduraraq təhsil müəssisəsinə müraciət imkanı yaradılacaqdır.

2.Qaydaların "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunununa uyğunlaşdırılması məqsədilə ali təhsil müəssisələrində təhsil almaq üçün müraciət edən şəxslərin dil və ixtisas bilikləri yetərli olmadığı halda, əcnəbilərin hazırlıq sinifləri, kursları və ya birbaşa təhsil səviyyəsi üzrə hazırlığının aparılması imkanları yaradılacaqdır.

3.Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin əksəriyyəti ali təhsil müəssisəsi ilə bağladığı müqavilə əsasında təhsilalanlardır. Əcnəbilər əyani təhsilalma formasında təhsil almaq hüququ əldə etdikdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 44.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətini 90 (doxsan) gün müddətində təhsil müəssisəsinə təqdim etməlidirlər. Müvafiq dəyişikliyə əsasən müqavilədə ölkədə yaşama sənədini təqdim etməyən şəxslərin ali təhsil müəssisəsindən xaric olması öz əksini tapmışdır.

Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinlə görüşmək üçün Moskvaya gələn Avropa lideri kimdir?
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
Fransanın Baş nazirinin reytinqi tarixi minimuma endi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ