Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5748
az

Paşinyan istefa verir - Özü açıqladı

23:0802 Oktyabr, 2018
1474
SİYASƏT
  • A
 Ermənistanın baş naziri Nikol Paşinyan postunu tərk etməyə hazırlaşır.

Oxu24.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Paşinyan özü məlumat verib. O, baş nazir postunu növbədənkənar parlament seçkiləri üçün tərk edəcək.

“Düşünürəm ki, xalq bu müddətdə yeni baş nazirin seçilməsinə yol verməz”, deyə Paşinyan bildirib.

O, istefadan sonra hökumət başçısı öhdəliklərini yerinə yetirəcəyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin dekabr ayında keçiriləcəyini deyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniya Prezidenti Türkiyəyə gedir
Culani Suriyanın yeni prezidenti oldu
Makronun reytinqləri rekord səviyyəyə enir