Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5658
az

Paşinyanın arvadı rus qadınları ilə Qarabağa gedir

19:1429 Sentyabr, 2018
1108
SİYASƏT
  • A
 Ermənistan baş nazirinin arvadı Anna Akopyanın ofisi “Qadınlar sülh naminə” humanitar aksiyasına qoşulan ondan çox rusiyalı qadının Ermənistana və “DQR”ə səfər etmək arzusunda olduqları barədə anons verib.

“Onlar 5 oktyabrda Ermənistana gələcək, 6 oktyabrda isə Anna Akopyanın müşayiəti ilə Qarabağa baş çəkəcək və öz sülh çağırışlarını münaqişənin bütün tərəflərinə ön xətdən ünvanlayacaqlar”, — Anna Akopyanın mətbuat xidməti bildirib.

Oxu24.com-un xəbərinə görə, “Rusarminfo” nəşrinə məlum olub ki, qadınların arasında məşhur Rusiya yazıçıları, publisistlər, Rusiyada ictimai fondların və böyük humanitar layihələrin rəhbərləri, həmçinin Rusiya idmanının və siyasi dairələrinin nümayəndələri var.

Agentliyin diplomatik dairələrdəki mənbəyinin məlumatına görə, Ermənistana səfərin gedişatında Rusiya nümayəndə heyəti müxtəlif fondlara və dövlət strukturlarına baş çəkməyi, həmçinin ictimaiyyətlə açıq görüşləri keçirməyi planlaşdırır.

Anna Akopyan həmçinin, Rusiyadan olan nümayəndə heyətinin Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşünü təşkil etməyi nəzərdə tutur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ ölkələri BMT TŞ-nin təcili iclasını çağırır
"Hizbullah"ın yeni lideri kimdir? -DOSYE
Tramp uduzsa, görün nələr olacaq...

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı