Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5449
az

PUTİNİN ŞİŞİRDİLMİŞ POPULYARLIQ KÖPÜYÜ PARTLAYIR! – “O, mövqeyinin laxladığını yaxşı bilir”

14:0623 Sentyabr, 2018
1475
SİYASƏT
  • A
  Aprel ayında rublun məzənnəsi kəskin düşdü və bunun səbəbi müəyyən mənada Böyük Britaniya ərazisində Rusiyanın keçmiş ikili casusu Sergey Skripal və onun qızının Kreml tərəfindən ehtimal olunan zəhərlənməsinə cavab kimi Qərbin tətbiq etdiyi sanksiyalarla bağlı idi. Sonra iyun ayında Rusiyada keçirilən futbol üzrə dünya çempionatının açılışı ərəfəsində hökumət pensiya yaşını kişilər üçün 60-dan 65-ə, qadınlar üçün isə 55 yaşından 63-ə kimi qaldırdı və bu ictimai narazılığa səbəb oldu. Nəticədə, hökumətə dəstək reytinqi 15 faiz azaldı. Bu isə 18 illik Putin idərəetməsi zamanı hakimiyyətin populyarlıq reytinqinin ən güclü düşüşüdür.
Bundan əlavə Putinin özünə olan inam reytinqi 60 faizdən 48 faizədək azalıb. Müqayisə üçün deyək ki, hətta Putinin üçüncü prezidentlik müddətinə qayıtmaq istəyinə qarşı keçirilən kütləvi etiraz aksiyalarına baxmayaraq, rusiyalıların təxminən 60 faizi ona etibar etdiklərini deyirdilər. Həmin ərəfədə Putin özünü Rusiyanın müdafiəçısi kimi təqdim edərək, reytinqini qaldıra bildi.

ABŞ prezidenti Barak Obama özü tərəfindən çəkilmiş qırmızı xəttin (Bəşər Əsəd kimyəvi silahdan istifadə etmişdi) tapdanmasına qarşı tədbir görmək istəməyəndə isə, Kreml özünü Əsədin silahsızlaşdırılmasında təminatçı kimi irəliyə verərək oyuna girişdi.

Rusiyanın Amerikanın iradəsi qarşısında əyilməzliyini nümayş etdirmək və ölkədə öz vəziyyətini daha da möhkəmləndirmək üçün Putin, ABŞ Milli Təhlükəsizlik Agentliyinin agenti Edvard Snoudenə sığınacaq verdi. Rusiyanın daxilində isə Putin, yeni körpülər və yolların tikintisini, infrastrukturun bərpasını, ictimai yerlərin parklarla, fontanlarla və kafelərlə yenilənməsini təmin etdi.

Hərçənd, bunların heç biri iqtisadi baxımdan rusiyalılara kömək etməyib (Həm də ki, onların azadlığını artırmayıb), lakin Putin özünü “Böyük Rusiyanın” qoruyucusu kimi təqdim edir. 2014-cü ilin martında Krımın ilhaq olunmasından və Rusiyanın Ukraynanın şərqinə soxulmasından sonra, onun reytinqi başgicəlləndirici yüksəkliyə - 87 faizə qalxmışdı.

2018-ci ilin martında Putin sakit şəkildə prezident seçkilərini udaraq, 76 faiz səslə özünün dördüncü prezidentlik müddətinə start verdi. Bu, müəyyən mənada digər real namizədlərin yoxluğunun nəticəsi kimi də izah olunur. Seçkilərdən dərhal sonra onun reytinqi 82 faizə çatdı.

Amma futbol üzrə dünya çempionatının başlaması bu reytinqi aşağı saldı. Belə ki, çempionat ölkəyə 700 mindən artıq xarici turist cəlb etdi və rusiyalılar həyatda onların liderindən də vacib şeylərin olduğunu anladılar.

Onu da deyək ki, rus xalqı dünyanı öz qonaqpərvərliyi ilə qarşılayıb və xoş təəssürat oyadıb. Kafe və bar sahibləri, qatar bələdçiləri, ingilis dilində danışan könüllülər qonaqları isti qarşılayıblar. Rusiyalılar anlayırdılar ki, onlara nəyin bahasına olursa-olsun, qələbə lazım deyil və onlar Kremlin militarist diktəsi olmadan da möhtəşəm ola bilərlər. Müəyyən müddətdən sonra isə bir sıra etirazlara səbəb olan pensiya islahatı elan edildi. Ümumi gərgin atmosferi sakitləşdirməkdən ötrü Putin verdiyi qərarı cüzi yumşaltdı və eyni zamanda da rusiyalıların bunu başa düşməsini xahiş etdi. Amma 3 sentyabr tarixinə olan vəziyyətə görə əhalinin 53 faizi etirazları davam etdirməyə hazır olduqlarını bildiriblər. Ölkədə yerli seçkilər keçirilən 9 sentyabrda isə on minlərlə rusiyalı korrupsiya ilə mübarizə aparan müxalifətçi hüquqşünas Aleksey Navalnının təşkil etdiyi etiraz aksiyalarına qoşuldular. Etirazçılar seçkilər günü “siyasi təşviqat” yasağına məhəl qoymayaraq küçələrə axışmışdılar. Navalnının özü mitinqlərdə iştirak edə bilməyib. O, bundan öncə sanksiyalaşdırılmamış mitinq keçirdiyinə görə həbs edilmişdi. Hər halda bu Moskvanın Puşkin meydanına 2500 etirazçının çıxmasına mane ola bilmədi. Ancaq etirazçıları meydanda amansız polislər gözləyirdi. Etirazçılar əllərində “Putin sənin pensiya vaxtındır” (onun 65 yaşı var) kimi şüarlar tutmuşdular.

Etirazçılar arasında pensiya islahatından narazı olanlarla yanaşı, həm də Putin rejiminin mənfi tərəfləri ilə geniş mənada razılaşmayan xeyli sayda gənclər vardı. Əksəriyyət belə hesab edir ki, hətta Putin Rusiyanın statusunu “böyük dövlət” kimi bərpa edibsə də, ancaq bu tüğyan edən gündəlik korrupsiyanı və ölkənin gələcək perspektivinin görünməməsini kompensasiya etmir. Gənclik bu rejimi köhnəlmiş, Putinin özünü isə həyat səviyyəsinin qaldırılması üçün vacib olan dəyişiklikləri (Məsələn, sosial proqramlar üçün investisiyaların artırılması) əngəlləyən şəxs hesab edirlər.

Putinə təkcə gənclər pis yanaşmırlar. Rusiyalı biznesmenlər sanksiyaların nəticələrindən məyus olublar və onlar vergilərin planlanan artımından bərk narazıdırlar. Gənclər kimi sahibkarlar da sual verirlər: ümumi yekunda ölkə Qərbdən siyasi və iqtisadi baxımdan təcrid halına salındığı bir vəziyyətdə, keçmişdə Putinə ölkə içərisində güclü daxili dəstək gətirmiş onun döyüşkən millətçiliklə dolu olan inadcıl xarici siyasətinə və hərbi fəaliyyətlərə çəkilən böyük xərclərə dəyərmi?

Əlbəttə ki, Putin mövqeyinin laxladığını yaxşı bilir. Məhz ona görə də polis etirazçılarla sərt davranaraq, yüzlərlə adam həbs edib. Kreml, nəinki yeni mitinqlərdən, həm də Rusiyanın qüvvətli elitasından çıxacaq bəzi biznesmenlərin müxalifətçiliyinin güclənməsindən qorxur. Həmçinin, regional hakimiyyətlər də Kremlin qərarlarını sabotaj edə bilərlər.

Putinin Rusiyanın möhtəşəmliyinin qoruyucusu imici və onun etibarlılıq rəmzi tədricən sönür. Onun qonşu ölkələrin ərazisini tutmaq və ya özgə torpaqlardakı vətəndaş müharibəsinə müdaxilə etmək yoluyla populyarlığını yenidən bərpa etmək taktikası uzunmüddətli strategiyada həmişə işləməz. Əgər Putin Rusiyada real dəyişiklərin həyata keçirilməsinə başlamasa, onda onun reytinqi getdikcə daha da düşəcək.

(“Project Syndicate”-ABŞ) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Kiçik məqsədlər uğur gətirməz" - Dünyanın ən zəngin adamlarından 20 sitat
Qərb Cənubi Qafqazı yenidən alov topuna döndərməyi planlaşdırır
Gürcüstandakı qanlı toqquşmalardan -FOTOLAR

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO