İranda terror törədildi - Ruhani ərazidən qaçırıldı +
10:5722 Sentyabr, 2018
3018
SİYASƏT
A
Terrorçular hərbi parad zamanı atəş açıblar
İranın cənubundakı Əhvaz şəhərinə hərbi parad zamanı terror aktı baş verib.
Press TV-nin məlumatına görə, naməlum şəxslər parad vaxtı atəş açıblar. Hazırda ölkə paytaxtında hərbi paradda iştirak edən prezidenti Həsən Ruhani teraktdan sonra ərazidən uzaqlaşdırılıb.
İnsident nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılardan birinin Xuzestan əyalətinin SEPAH komandiri olduğu bildirilib.
Həmçinin yaralılar arasında uşaq və qadının olduğu da qeyd olunub.
ŞƏRHLƏR