Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5382
az

Bakı meriyasında köklü dəyişiklik: 4 nəfər işdən çıxarıldı

18:4320 Sentyabr, 2018
937
SİYASƏT
  • A
 Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov yeni təyinatlar edib.

Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, onun əmri ilə İH-nin Aparat rəhbəri Rаsim Vаqif оğlu Quliyеv vəzifəsindən azad edilib və onun yerinə Elgün Həbibullayev təyin olunub.

E. Əzizov BŞİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Əli Əliyevin də vəzifəsindən azad olunması haqda əmr imzalayıb. Onun yerinə Coşqun Cəbrayılov bu vəzifəyə təyin olunub. 

İcra Hakimiyyətinin Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin rəhbəri Vahid İsmayılov vəzifəsindən azad edilib və onun yerinə Aparat rəhbəri vəzifəsindən azad edilən Rasim Quliyev təyin olunub. V. İsmayılov isə R. Quliyevə müavin təyin edilib.

Bundan başqa BŞİH-nin ümumi şöbəsində də dəyişiklik edilib. Belə ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Məmmədov vəzifəsindən azad edilib və onun yerinə Ayaz İmaməliyev təyin olunub.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu rektor təyin etdi- Sərəncam
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi- Sərəncam
Ərdoğan Putinlə telefonla danışdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO