Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Sahil Babayevdən mühüm məsələ ilə bağlı açıqlama

SON DƏQİQƏ! Sahil Babayevdən mühüm məsələ ilə bağlı açıqlama

SİYASƏT

3109

29.04.2021, 19:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"“Əlilliyin müəyyən olunması” meyarlarının yeni layihəsində bir sıra yeniliklər nəzərdə tutulur”.

Oxu24.com -un məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, belə ki, əlillik artıq üç dərəcə ilə və ya sağlamlıq imkanları məhdud kimi dar çərçivədə deyil, daha geniş spektrdə, faiz diapazonunda dəyərləndiriləcək.

Nazir qüvvədə olan normativ hüquqi aktların bu layihəyə uyğunlaşdırılması məqsədilə ediləcək təklifləri də diqqətə çatdırıb.

S. Babayev yeni meyarlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsi layihəsindən bəhs edib.