“Konstitusiyanın qəbulundan sonra Azərbaycanda hüquq sistemi təkmilləşdirildi” - Nigar Məmmədova
12 Noyabr 2026, 11:36
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
3833
29.04.2021, 14:18
Aprelin 29-da Prezident İlham Əliyev “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə,
İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 4,8 milyon manat vəsait ayrılacaq.
Maliyyə Nazirliyi həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın isə bu Sərəncamda nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etməlidir.
Oxu24.com
14:15 / 12 Noyabr 2026
42
14:04 / 12 Noyabr 2026
180
13:59 / 12 Noyabr 2026
165
13:55 / 12 Noyabr 2026
68
13:45 / 12 Noyabr 2026
130
13:36 / 12 Noyabr 2026
164
13:29 / 12 Noyabr 2026
78
13:21 / 12 Noyabr 2026
84
13:20 / 12 Noyabr 2026
119
13:18 / 12 Noyabr 2026
334
13:16 / 12 Noyabr 2026
114
13:07 / 12 Noyabr 2026
331
13:04 / 12 Noyabr 2026
74
13:00 / 12 Noyabr 2026
75
12:40 / 12 Noyabr 2026
76
12:25 / 12 Noyabr 2026
108
12:05 / 12 Noyabr 2026
112
11:55 / 12 Noyabr 2026
114
11:50 / 12 Noyabr 2026
127
11:36 / 12 Noyabr 2026
108
11:35 / 12 Noyabr 2026
114
11:34 / 12 Noyabr 2026
167
11:31 / 12 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.