Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
12 Noyabr 2026, 16:25
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
6424
21.04.2021, 22:34
Prezidentin müsahibəsində dediklərindən məlum olur ki, Rusiya “İsgəndər – M” suallarından yayınır. Və media üzərindən Azərbaycan və Türkiyəyə qarşı “raket qalıqlarının Suriyadan gətirilərək, Şuşaya qoyulduğu versiyaları” üzərindən kampaniya aparılır.
Əliyev bu versiyaların sistemli yanaşma olduğunu deməklə, kampaniyanın sifarişçisinin Moskvanın olduğuna işarə vurur.
Prezidentin iki sətraltı mesaj isə xüsusi diqqət çəkir:
Birincisi, “Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər” deməklə, Moskvaya “bu torpaqlar bizimdir, bizim razılığımızla gəlmisiniz, razılığımız olmasa çıxacaqsınız” mesajını ötürür.
İkincisi, “üçtərəfli bəyanat da Azərbaycan tərəfindən tam icra edilib” deməklə, Rusiyaya bəyanatın icra etmədikləri bəndlərini xatırladır. Əsas məqam 4-cü bənd – erməni qoşunların çıxarılmasıdır.
Bu iki mesajın “İsgəndər – M” məsələsi üzərindən verilməsi kulis danışıqlarında Azərbaycanın tələblərinin nələr olduğunu göstərir.
Moskva çətin vəziyyətdə qalıb: ya Ermənistana “İsgəndər – E” yox, “İsgəndər – M” verdiyini, bununla beynəlxalq öhdəliyi pozduğunu deməli, ya “İsgəndər – M”-in Gümrüdəki bazadan, yaxud Cənub Hərbi Dairəsindən Şuşaya atdıldığını dilə gətirməli, ya da raketlərin qaçaqmalçılıq yolu ilə Ermənistana aparıldığını etiraf etməlidir.
Azərbaycanın bildiyi və cavab almaq istədiyi məqamlar məhz bunlardır.
Prezidentin “biz bir çox şeyləri bilirik... Belə məlumatlar bizdə çoxdur. Ona görə hesab edirəm ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar...” sözləri də Moskvaya son mesaj hesab oluna bilər.
Və görünür, mesaj ünvana çatıb, Rusiya baş naziri Mixail Mişustinin Əliyevin müsahibəsindən sonra Azərbaycanın baş naziri Əli Əsədova zəng etməsi təsadüfi deyil.
17:53 / 12 Noyabr 2026
1
17:19 / 12 Noyabr 2026
56
16:25 / 12 Noyabr 2026
78
16:21 / 12 Noyabr 2026
100
15:55 / 12 Noyabr 2026
93
15:36 / 12 Noyabr 2026
451
15:15 / 12 Noyabr 2026
157
15:12 / 12 Noyabr 2026
93
14:15 / 12 Noyabr 2026
178
14:04 / 12 Noyabr 2026
459
13:59 / 12 Noyabr 2026
359
13:55 / 12 Noyabr 2026
126
13:45 / 12 Noyabr 2026
245
13:36 / 12 Noyabr 2026
338
13:29 / 12 Noyabr 2026
145
13:21 / 12 Noyabr 2026
163
13:20 / 12 Noyabr 2026
189
13:18 / 12 Noyabr 2026
606
13:16 / 12 Noyabr 2026
187
13:07 / 12 Noyabr 2026
508
13:04 / 12 Noyabr 2026
124
13:00 / 12 Noyabr 2026
134
12:40 / 12 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.